Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bakıda belə polislər də var - Video
---

Bakıda belə polislər də var - Video

Bakıda belə polislər də var - Video


Bakıda qayda pozuntusuna görə sürücünü saxlayan yol polisinin davranışı müzakirələrə səbəb olub.

BAKU.WS-in Qafqazinfo-a istinadən verdiyi xəbərə görə, bu dəfə vətəndaşların fikirləri müsbət yönümlü olub. Belə ki, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Mirzəliyev Xəqani Müqabil oğlu “Stop” nişanına əməl etməyən sürücünü saxlayıb.

X.Mirzəliyevin sürücü Kamal Allahevrdiyevə qanunverciliyin tələblərinə uyğun olaraq davranması, kifayət qədər təmkinli və intizamlı hərəkət etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən təqdir olunub. Hətta bir neçə şəxs serjantın mükafatlandırılması üçün yol polisi rəhbərliyinə müraciət edəcəklərini bildiriblər.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma