Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "WhatsApp" yazışması zamanı "YouTube" izləmək mümkün oldu
---

"WhatsApp" yazışması zamanı "YouTube" izləmək mümkün oldu

"WhatsApp" yazışması zamanı "YouTube" izləmək mümkün oldu


"Apple" cihazlarının istifadəçiləri "WhatsApp" əlavəsində işlərini dayandırmadan "YouTube" videoçarxlarını izləmək üçün yeni funksiya əldə ediblər.

BAKU.WS xəbər verir ki, bu imkanlardan istifadə etmək üçün mobil cihaz istifadəçiləri messencerlərini v2.18.11 versiyasına qədər yeniləməlidirlər.

Bundan öncə "WhatsApp" istifadəçisi "YouTube"də video izləmək üçün videohostinqin əlavəsinə keçməli olurdu ki, nəticədə messencerdəki işlərini yekunlaşdırmalı olurdu. Müəyyən işləmələrdən sonra "WhatsApp"ı v2.18.11 versiyasına qədər yeniləyən "Apple" cihazlarının sahibləri messencerdə işləyərək və məlumat göndərərək eyni vaxtda "YouTube" videoçarxlarını izləyə biləcəklər.

Hələlik yeni funksiyanın ancaq iOS cihazlarında istifadə edilməsi mümkündür. "Android" sahibləri üçün versiyanın olacağı isə hələlik məlum deyil.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma