Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Neftin kəskin ucuzlaşması problem yarada bilər
---

Neftin kəskin ucuzlaşması problem yarada bilər

Neftin kəskin ucuzlaşması problem yarada bilər


Qlobal neft bazarında kommersiya xarakterli, yəni spekulyativ olmayan xalis qısa mövqelərin müqavilələrin sayı rekord həddə çatıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə əmtəə bazarını araşdıran "SRSrocco Report" şirkətinin hesabatında bildirilir.

Hesabata əsasən, sözügedən göstərici ötən həftə 26 min ədəd və yaxud 4% artaraq 674 min ədəd təşkil edib. Bu, 2014-cü ildəki iqtisadi böhran dövrü ilə müqayisədə 174 min ədəd çoxdur. Xatırladaq ki, 2014-cü ilin ortalarından başlayaraq əmtəə birjalarında neftin qiyməti 105 dollar/bareldən 2016-cı ilin əvvəlində 30 dollar/barelə qədər düşüb və nəticədə maliyyə bazarları böhranla üzləşib.

Analitiklər, bu dəfə də neft qiymətlərində yarana biləcək kəskin azalmanın təsirinin maliyyə bazarlarına sıçrayacağını və növbəti böhrana səbəb olacağını istina etmirlər. "SRSrocco" hesabatında, maliyyə bazarlarında risklərin artması durumunda, pərakəndə investorların qızıla yönələcəklərini proqnozlaşdırılıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma