Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Dünyanın 20 ən yaxşı çimərliyinin adı AÇIQLANDI
---

Dünyanın 20 ən yaxşı çimərliyinin adı AÇIQLANDI

Dünyanın 20 ən yaxşı çimərliyinin adı AÇIQLANDI


Böyük Britaniyanın "The Telegraph” qəzeti dünyanın 20 ən yaxşı çimərliyinin reytinqini hazırlayıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, siyahı nəşrin elektron saytında yerləşdirilib. Qəzet qeyd edir ki, Afrika ərazisində yerləşən Seyşel adaları bahalı çimərliklərdə istirahət etməyi sevənlər üçün ideal yerdir. Əksinə, qənaətli istirahətə üstünlük verənlər üçün isə nəşr Portuqaliyanın cənubunda Alqarvi regionunda yerləşən Praia de Albandeira çimərliyini məsləhət görür.

Yunanıstanın Lefkada adasındakı Kathisma və Porto Katsiki çimərlikləri su idman növləri ilə məşğul olanlar üçün ən yaxşı yer seçilib, bu ölkənin Mikonos adasındakı Paradise çimərliyi isə şənliklər üçün ideal məkan sayılır.

İspaniyanın Menorka adasındakı Cala Pregonda istirahət zonası (Aralıq dənizi) turistlərdən uzaqda, tənhalıqda istirahət etməyi sevənlərə məsləhət görülür.

Britaniyalı jurnalistlər hesab edirlər ki, Sakit Okean sahilindəki Bora-Bora çimərliyi bal ayı üçün əla yerdir.

Reytinqə həmçinin İtaliya, Fransa, Böyük Britaniya, CAR, ABŞ, Yaponiya, Meksika və Kubadakı bir sıra istiqamətlər də daxil edilib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma