Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Putin: “Trampı devirmək istəyirlər...”
---

Putin: “Trampı devirmək istəyirlər...”

Putin: “Trampı devirmək istəyirlər...”


Müəyyən qüvvələr Birləşmiş Ştatlarda yeni seçilmiş prezident Donald Trampın legitimliyini zədələmək, onu "Maydan" təşkil etməklə hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri göstərir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, belə bəyanatla Rusiya prezidenti Vladimir Putin çıxış edib.

"Belə təəsürat yaranır ki, onlar Kiyevdə məşq edəndən sonra Vaşinqtonun özündə də "maydan" təşkil edib bütün mümkün yollarla Trampı hakimiyyətə yaxın buraxmağa çalışırlar. Bu mübarizənin gedişində ən azı iki vəzifə müşahidə olunur: birincisi, prezident seçkilərinin nəticələrini sual altına almaq, ikincisi yeni seçilmiş prezidentin əl-ayağını bağlayıb ona seçki kampaniyası zamanı amerika xalqına həm ölkənin daxili, həm beynəlxalq arena ilə bağlı verdiyi vədləri yerinə yetirməyə imkan verməmək"- Putin bildirib.

Donald Tramp seçki kampaniyası zamanı tez-tez Putini tərifləyib və ona şəxsi simpatiyasını ifadə edib. Habelə mühüm beynəlxalq məsələlərlə bağlı Kremlin nöqteyi-nəzərinə uyğun olan bəyanatlarla çıxış edib və etməkdədir. ABŞ-d bu günlərdə Trampın Rusiya tərəfindən ələ alındığı iddia olunan məxfi dosye mətbuata sızdırılıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma