Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ordumuz hərəkətə keçdi: minaatan kompleksləri işə düşdü
---

Ordumuz hərəkətə keçdi: minaatan kompleksləri işə düşdü

Ordumuz hərəkətə keçdi: minaatan kompleksləri işə düşdü


Cəbhəboyu zonada yerləşən hərbi hissələrin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan heyətlər 120 millimetrlik özüyeriyən CARDOM minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir.

Döyüş minalarından istifadə edilməklə keçirilən məşqlərdə şəxsi heyət bölmələrin döyüş və səfər düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativləri icra edir.

Şahin Həbibov
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma