Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » İlham Əliyevin tapşırığı ilə ermənilər KVN-dən uzaqlaşdırıldı
---

İlham Əliyevin tapşırığı ilə ermənilər KVN-dən uzaqlaşdırıldı

İlham Əliyevin tapşırığı ilə ermənilər KVN-dən uzaqlaşdırıldı


Azərbaycan tərəfinin etiraz bəyanatından sonra ermənilər KVN-dən uzaqlaşdırılıb.

BAKU.WS xəbər verir ki, Bbu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz rəsmi Facebook səhifəsində bildirib.

"Bir neçə gündür ölkə mətbuatında Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar haqqında məlumatlar yayılır. Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər onda ədalətli olardı”.

Qeyd edək ki, "Şən və Hazırcavablar klubları”nın Rusiyanın Soçi şəhərində baş tutan 28-ci beynəlxalq festivalına Dağlıq Qarabağdakı separatçı rejimin komandaları da dəvət olunub. Məsələ ilə bağlı Azərbaycan XİN-i və Gənclər və İdman Naziriyi etiraz bəyanatı yayıb.

Xatırladaq ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən "С хлебом и солью” və "DeleYaman” komandalarının iştirakı yalnız 500 komandanın qatıldığı və 10-14 yanvar tarixlərində aparılan seçmə mərhələsi ilə məhdudlaşıb. Həmin komandalar növbəti tura vəsiqə qazana bilməyiblər. Bu barədə məlumatı ötən gün Gənclər və İdman Nazirliyi yayıb.

Aynur Ələkbərova
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma