Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Azərbaycanda qəribə olay – Bu dəfə sürücü yol polisini «qovdu» - VİDEO
---

Azərbaycanda qəribə olay – Bu dəfə sürücü yol polisini «qovdu» - VİDEO

Azərbaycanda qəribə olay – Bu dəfə sürücü yol polisini «qovdu» - VİDEO


Azərbaycanda qəribə olay baş verib. Sosial şəbəkələrdə yayılan bu video geniş müzakirələrə səbəb olub. Avtosfer.az-ın məlumatına görə, traktor sürücüsü yol polisinin «Saxla» əmrinə tabe olmadığı üçün DYP əməkdaşları onun qarşısına keçərək dayandırmağa çalışıblar. Lakin traktor dayanmaq bilməyib. DYP əməkdaşları da risk edərək traktorun qarşısında dayanmayıblar. Xeyli məsafə qət etdikdən sonra qarşıda daha bir DYP avtomobilinin olduğunu görən traktor sürücüsü sükanı döndərərək əkin sahələrinə girib və polisdən qaça bilib.
Onun yol boyu qaçmaca cəhd etməsi, təhlükəli vəziyyət yaratması belə düşünməyə əsas verir ki, sürücü heç də günahsız deyil. Sadəcə, tabe olmur və traktorun əkin sahələrində rahat hərəkət edə bilməsi onun aradan çıxmasına imkan verir.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma