Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » “The Balvenie Master of Craft Azerbaijan” adlı sərgi keçiriləcək
---

“The Balvenie Master of Craft Azerbaijan” adlı sərgi keçiriləcək

“The Balvenie Master of Craft Azerbaijan” adlı sərgi keçiriləcək


"The Balvenie Master of Craft Azerbaijan” adlı unikal layihəsi çərçivəsində Bakıda azərbaycanlı fotoqraf Elmar Mustafazadənin əl işi ilə məşğul olan ustalara həsr olunmuş fotosərgisi keçiriləcək.

May.Az xəbər verir ki, tədbirdə fotoqrafın Azərbaycanın Gəncə, Şamaxı, İsmayıllı, Zaqatala, Göygöl kimi şəhər və rayonlarında yaşayan və əl işi ilə məşğul olan görkəmli sənətkarları nümayiş edən 15 işi təqdim olunacaq.

Eyni zamanda, məhz sərgidə iştirak etmək məqsədilə Bakıya müxtəlif rayonlardan təşrif buyurmuş bir neçə sənətkarın əl işləri də nümayiş etdiriləcək. Belə ki, tədbirdə fotoşəkillərlə yanaşı dulusçu, dəmirçi, şəbəkə və silah ustaları, dülgər, düyü halvası və simli musiqi alətləri hazırlayan ustaların əl işlərini görmək mümkün olacaq.

Sərgi sabah saat 19:00-da "Four Seasons” otelində olacaq.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma