Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Milli Məclisdən "Meydan TV" və "Sancaq" bağlansın tələbi
---

Milli Məclisdən "Meydan TV" və "Sancaq" bağlansın tələbi

Milli Məclisdən "Meydan TV" və "Sancaq" bağlansın tələbi


Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən millət vəkilli Məlahət İbrahimqızı internet üzərindən yayımlanan bir sıra televiziyaların fəaliyyəti ilə bağlı sərt çıxış edib.

May.Az publika.az-a istinadən bildirir ki, deputat bildirib ki, "Meydan TV", "Sancaq" sosial səhifəsində dövlət rəhbərinə qarşı cəfəng yazılar yazılır:

"Adam bu cür yazılanları utandığından oxumaq belə istəmir. Bizi kimsə mətbuatda tənqid etsə, az qalırıq məhkəmələrə müraciət edək. Mən o yazıların hamısını "screen shot" etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələlərlə bağlı boşluq var. Payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edirəm. Dünyanın heç bir yerində internet üzərindən dövlət başçısını belə təhqir etmirlər".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma