Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Azərbaycanlı deputatdan təklif: "Toy müğənnnilərini ölkədən çıxarmaq lazımdır"
---

Azərbaycanlı deputatdan təklif: "Toy müğənnnilərini ölkədən çıxarmaq lazımdır"

Azərbaycanlı deputatdan təklif: "Toy müğənnnilərini ölkədən çıxarmaq lazımdır"


"Vergilər Nazirliyinin bu qərarını anlamadım. Fikrimcə, vergi borcu olan müğənnilərin ölkədən xaricə getməsinə qadağa qoyulması vəziyyətdən çıxış yolu deyil. Bəlkə daha yaxşı olardı ki, vergi borcu olan müğənniləri təmtəraqla, Dövlət simfonik orkestrinin müşayəti ilə, ciblərinə də yüngülvari xərclik qoyub ölkədən çıxarmaq daha məsləhətdir. Bundan sonra da çıxarılanların bir daha ölkəyə qayıtmasına qadağa qoyulması Azərbaycan xalqına edilən ən böyük yardım olmazdımı?"

May.az turkustan.info-ya istinadən xəbər verir ki, bu maraqlı təkliflə millət vəkili Fazil Mustafa çıxış edib.

Millət vəkili hesab edir ki, toy müğənnilərinin çoxu ölkədən çıxarılıb və geri qayıda bilməyib, o zaman hər gün qarşılaşdığımız bu vəhşi toy adətlərində çəki-düzən yaratmaq üçün nələr etmək olmazdı:

"Onsuz da zəhlətökən səsgücləndiricidən fonoqramla oxunan mahnını eşidən yoxdur, əksəriyyət də musiqini deyil, öz bacardığını oynayır, israfçılıq da baş götürüb gedir. Artıq toyun müğənnisi olmayanda daha rahatlıqla və az məsrəflərlə bir yeni ailənin qurulmasına şahidlik etmək imkanımız yaranacaq. Bu zaman həm də toy sahibi "şadlıq evinin pulunu necə verəcəyəm" bədbəxtliyindən, "iki gəncin xoşbəxtliyi, maddi rifahi üçün nələr etməliyəm" barədə düşünə biləcəkdir. Allah hamının ocağında toy, düyün, xeyir işlər qismət etsin, ancaq bu gün şadlıq evlərində keçirilən toylar "Toy mafiyasının" onsuz da çətin şərtlərdə yaşayan Azərbaycan insanına sırıdığı vəhşilikdən, israfçılqdan, səhhət pozuntusundan başqa bir şey deyldir. Müğənnilərlə məsələ düzəlsəydi, nə vardı ki... İnsanları gör nə vəziyyətə gətiriblər ki, Azərbaycanda xurafat və cəhalət əleyhinə olanlar belə, səbrsizliklə Məhərrəm ayının gəlişini gözləyirlər...
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma