Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Həcc mərasimində təhlükəsizliklə bağlı yeni plan hazırlanıb
---

Həcc mərasimində təhlükəsizliklə bağlı yeni plan hazırlanıb

Həcc mərasimində təhlükəsizliklə bağlı yeni plan hazırlanıb


Səudiyyə Ərəbistanı rəhbərliyi Həcc mərasimi zamanı fövqəladə halların qarşısını almağı nəzərdə tutan tədbirlər planı təsdiqləyib.

May.Az Trend-ə istinadən xəbər verir ki, keçən il yüzdən çox zəvvarın ölümündən sonra bu il ölkə rəhbərliyi həcc mərasimini maksimum təhlükəsiz etmək niyyətindədir.

Krallığın Mülki müdafiə idarəsinin rəhbəri, general Süleyman bin Abdullah əl-Əmr bildirib ki, plana əsasən, Həcc mərasimi zamanı ölkənin bütün müvafiq resursları səfərbər ediləcək:
"Təhlükəsizlik orqanlarının 17 mindən çox əməkdaşı və 3 min ədəd texnika Həccin təşkilinə cəlb ediləcək".

Bununla yanaşı, fövqəladə hallar zamanı zəvvarların təcili təxliyəsi məsələsinə də xüsusi diqqət ayrılacaq.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma