Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)
---

Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)

Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)


Tanınmış klipmeyker Zorikin (Zöhrab Ağayev) narkotik istifadəçisi olduğu barədə söhbətlər gəzir.

May.Az 1xəbər.com-a istinadən xəbər verir ki, şayiələrin yaranmasına səbəb rejissorun qısa müddətdə gözəçarpacaq qədər arıqlamasıdır. Bir çoxları iddia edir ki, qalmaqallı rejissor bariatrik (mədə kiçiltmə əməliyyatı-red) əməliyyatı sayəsində piylənmədən qurtulub.

165 kiloqramdan 90-ə düşən Zorik heç bir əməliyyat etdirmədiyini açıqladıqdan sonra fikirlər dəyişdi. İndi bir çox insanlar onun narkotikin "köməyi” ilə arıqladığını deyir.

Rejissor isə həmişə olduğu kimi şayiələrə özünəməxsus reaksiya verib:

"Artıq barəmdə danışılan heç bir şayiəyə fikir vermirəm. Deyirlər, narkotiklə arıqlamışam… Qoy, desinlər! İt hürər, karvan keçər... Hətta şahların, padşahların arxasınca danışıblar. 4 ay arıqlamaq üçün bir dərmanı var. Onu qəbul etmişəm. Reklam olmasın deyə, adını açıqlamıram, amma istəsəniz sizə açıqlaya bilərəm”.

Rejissor barəsində şayiə yazanlara ismarış göndərməyi unutmayıb:

"Biri var Koroğlu, bir də var ki, kor kişinin oğlu. Mənə oxşamaq üçün gedib gözlərini çıxarsalar, Koroğlu olmayacaqlar, kor kişinin oğlu olacaqlar. Mənim kimi arıqlamaq istəsələr, gedib narkotik tərkibli maddələr qəbul edib özlərini pis günə qoymasınlar”.

Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)
Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)
Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)
Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)
Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)
Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)
Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)
Zorik özünü Koroğlu ilə müqayisə etdi (FOTO)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma