Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Lisenziyası ləğv edilən banklarda qorunan əmanətlərin məbləği açıqlanıb
---

Lisenziyası ləğv edilən banklarda qorunan əmanətlərin məbləği açıqlanıb

Lisenziyası ləğv edilən banklarda qorunan əmanətlərin məbləği açıqlanıb


Lisenziyası ləğv edilən "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-də qorunan əmanətlərin ümumi məbləği 140 mln. 300 min manatdır”.

May.Az "Report”-a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

R.Aslanlının sözlərinə görə, banklarda olan qorunan əmanətlərin həcmi bankın böyüklüyünə görə dəyişir.

Sədr bildirib ki, bu əmanətlər 40,7 min hesabda toplanıb: "Amma bu o demək deyil ki, bu qədər qorunan əmanətçi var. Çünki bir şəxsin bir neçə hesabı var. Hazırda bu məsələ ilə bağlı dəqiqləşdirmə aparılır və ondan sonra əmanətçilərə kompensasiya ödənilməsi məsələsinə baxılacaq”.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma