Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Azərbaycanda yeddinci beynəlxalq hava limanı olacaq
---

Azərbaycanda yeddinci beynəlxalq hava limanı olacaq

Azərbaycanda yeddinci beynəlxalq hava limanı olacaq


Hava limanının təmiri dövlət vəsaiti hesabına həyata keçiriləcək.

Azərbaycanda sayca yeddinci beynəlxalq hava limanı olacaq Naftalanda yerləşən aeroportunun təmiri 2017-ci ildə başlayacaq.

May.Az xəbər verir ki, bunu Trend-ə Naftalanın mədəniyyət və turizm şöbəsinin direktoru Zöhrab Adıgözəlov bildirib.

Onun sözlərinə görə, aerport fəaliyyətini bərpa etdikdən sonra beynəlxalq hava limanı statusu alacaq.

Bundan öncə bu hava limanı vasitəsilə təyyarələr Bakı - Naftalan istiqamətində "Yak-40" təyyarələri uçurdu, indi isə xarici istiqamətlərdə uçuşlarda mümkün olacaq.

“Bəzən bir gün ərzində aeroport beş reys qəbul edirdi, tədricən onların sayı gündə iki və bir reys qədər azalıb. Ona görə də uçuşların dayandırılması barədə qərar qəbul olundu”, - Adıgözəlov bildirib.

Hava limanının təmiri dövlət vəsaiti hesabına həyata keçiriləcək. Şöbənin direktoru işlərinin başa çatması müddətini və hava limanının istismara verilməsi tarixi, həmçini xərcləri açıqlamağa çətinlik çəkib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma