Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Metroda oturacaqlar quraşdırılır
---

Metroda oturacaqlar quraşdırılır

Metroda oturacaqlar quraşdırılır


Ötən il Bakıda keçirilən 1-ci Avropa Oyunları ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bəzi metro stansiyalarının platformalarında təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədilə yığışdırdığı oturacaqların yenidən quraşdırlımasına başlayıb.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hazırda metronun "Elmlər Akademiyası" stansiyasının platformasında yeni oturacaqlar quraşdırılıb və sərnişinlərin istifadəsinə verilib: "Keçən il stansiyalarda təhlükəsizlik tədbirlərini gücləndirmək üçün bəzi stansiyalarda platformalardakı oturacaqlar yığışdırılmışdı. İndi həmin stansiyalarda yeni və müasir oturacaqların quraşdırılmasına başlanıb. Artıq "Elmlər Akademiyası" stansiyasında həmin oturacaqlar quraşdırılıb və sərnişinlərin istifadəsinə verilib. Yaxın günlərdə "Cəfər Cabbarlı" və "Sahil" stansiyalarının platformalarında da oturacaqlar quraşdırılacaq".

N.Paşayev bildirib ki, adıçəkilən stansiyaların hər birinin platformasında 10 oturacaq quraşdırılacaq.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma