Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Səmayə Həşimova: "Allah şəhidlərin xatirəsini ehtiramla yad edən, unutmayan hər kəsdən razı olsun"
---

Səmayə Həşimova: "Allah şəhidlərin xatirəsini ehtiramla yad edən, unutmayan hər kəsdən razı olsun"

"Bu gün Polad Həşimovun ad günüdür. Oğlum yaşasaydı 48 yaşı olacaqdı".
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova İkinci Şəhidlər xiyabanında oğlunun 48-ci doğum günü münasibətilə təşkil edilən mərasim zamanı deyib.
O bildirib ki, şəhid anaları bu gün Poladın xatirəsini yad edirlər:
"Bütün şəhidlərimizin ruhları şad olsun, məkanları cənnət olsun. Şəhid anaları Qarabağımızı azad edən igid oğulları yetişdiriblər. Bir daha belə itkilərimiz olmasın. Allah şəhidlərin xatirəsini ehtiramla yad edən, unutmayan hər kəsdən razı olsun".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma