Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "iPhone 15" modelinin özəllikləri açıqlandı
---

"iPhone 15" modelinin özəllikləri açıqlandı

2023-cü ildə buraxılacağı deyilən "iPhone 15 Pro" və "15 Pro Max" flaqman smartfonlarının yenilənmiş prosessoru və təkmilləşdirilmiş kamerası olacaq.
MAY.AZ xəbər verir ki, bu barədə "TrendForce" analitika şirkətinin hesabatında məlumat verilib.
Analitiklərin proqnozlarına görə, "Apple" gələn il "iPhone 15"in 4 modelini təqdim edəcək. Hər iki flaqman modeli "A17 Bionic" çipini alacaq. Bundan əlavə, "iPhone 15 Pro" və "15 Pro Max" 8 GB operativ yaddaşla təchiz ediləcək. Hazırda bu rəqəm cəmi 6 GB təşkil edir.

Həmçinin hesab edirlər ki, məhz "iPhone 15" seriyasında USB-C ilə bağlantı üçün elektrik açarı olan ilk "Apple" smartfonları çıxacaq.
Bununla yanaşı, mütəxəssislər proqnozlaşdırır ki, "iPhone 15 Pro Max"ın əsas kamerası ilk dəfə olaraq 10x optik zum təmin edən periskop obyektiv əldə edəcək.



Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma