Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Silvestr Stallone həyat yoldaşı ilə boşanmasından danışdı
---

Silvestr Stallone həyat yoldaşı ilə boşanmasından danışdı

Məşhur aktyor Silvestr Stallone Cennifer Flavinlə evliliyindən danışıb.
BiG.AZ xəbər verir ki, bu barədə aktyor "People" nəşrinə müsahibə verib.
S.Stallone bildirib ki, 25 illik evlilikdən sonra ayrılsalar da, bir aydan sonra boşanma qərarından əl çəkiblər. Bu dönəmi ən keşməkeşli vaxt adlandıran 76 yaşlı aktyor deyib ki, bu vəziyyət ona ailənin dəyərini anlamağa kömək edib.
"Belə deyək ki, bu cətin vaxt idi. Mən bir daha anladım ki, dünyada ən dəyərli şey ailəyə olan sevgidir. Onun mənim işimdə böyük rolu var. Bu çox ağır dərs oldu" - deyə Stallone qeyd edib.
Qeyd edək ki, aktyorun 54 yaşlı həyat yoldaşı Cennifer Flavin bu ilin avqustunda boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin bir aydan sonra problemlərini çözdüyünü deyən cütlük fikrini dəyişib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma