Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ekvatorial Qvineya prezidenti altıncı müddətə namizədliyini irəli sürdü: "Mən sülhün simvoluyam"
---

Ekvatorial Qvineya prezidenti altıncı müddətə namizədliyini irəli sürdü: "Mən sülhün simvoluyam"

Ekvatorial Qvineya prezidenti Teodoro Obianq Nqema Mbasoqo altıncı müddətə namizədliyini irəli sürüb.
O, ölkəyə 1979-cu ildən rəhbərlik edir.
Mbasoqo indiki rəhbərlər arasında dövlət başçısı (monarxlar istisna olmaqla) vəzifəsində qalma müddətinə görə dünyada birinci yerdədir.
"Partiya məni namizəd kimi seçdi, çünki mən Ekvatorial Qvineyada hökm sürən sülhün simvoluyam", - deyə 80 yaşlı Mbasoqo bildirib.
Qeyd edək ki, bu ölkədə seçkilər noyabrın 20-də keçiriləcək.(oxu.az)
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma