Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Rusiyada teleqram messencerinə giriş məhdudlaşdırılıb
---

Rusiyada teleqram messencerinə giriş məhdudlaşdırılıb

Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor") ölkənin Baş Prokurorluğunun tələbi ilə teleqram messencerinə məxsus "t.me" domeninə girişi məhdudlaşdırıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu şənbə günü, oktyabrın 29-da Rusiyada səhifələrin və resursların bloklanması departamentinin reyestrində yer alan məlumat sübut edir.
Qeyd olunur ki, domenin reyestrə daxil edilməsinə səbəb "İnformasiya haqqında" Qanunun 15.3-cü maddəsidir.
"Bu qanunvericilik norması internetdə kütləvi iğtişaşlara, ekstremist fəaliyyətə və ya müəyyən edilmiş qaydanı pozmaqla keçirilən kütləvi (ictimai) tədbirlərdə iştiraka çağırışlar, mötəbər hesabatlar pərdəsi altında yayılan etibarsız sosial əhəmiyyətli məlumatların yer aldığı saytlara girişin məhdudlaşdırılması qaydasını tənzimləyir", - xəbərdə deyilir.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma