Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Bu günə qədər meymunçiçəyindən ölənlərin sayı AÇIQLANDI
---

Bu günə qədər meymunçiçəyindən ölənlərin sayı AÇIQLANDI

Bu günə qədər dünyada meymunçiçəyi virusuna 73 min 437 yoluxma halı qeydə alınıb, 29 nəfər ölüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı meymun epidemiyası ilə bağlı hesabatında qeyd edilib.
ÜST-ün açıqlamasında bildirilir ki, oktyabrın 5-i ilə müqayisədə bu gün yoluxanların sayı 6,6 faiz artıb. Ümumilikdə bu dövrdə 4 min 537 yeni yoluxma halı aşkarlanıb. Meymunçiçəyi virisuna indiyə qədər dünyanın 109 ölkəsində rast gəlinib.
ÜST yay aylarında yoluxma hallarının artdığını, payızdan etibarən isə azalma müşahidə olunduğunu açıqlayıb.
Meymunçiçəyinə ən çox yoluxma 47 215 nəfər ilə Şimali və Cənubi Amerikada qeydə alınıb. Amerika qitəsini 25 056 hadisə ilə Avropa qitəsi izləyir. Digər qitələrdə yoluxma hallarının sayı 1000-dən aşağıdır..Azvision
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma