Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Meymunçiçəyinin yeni fəsadları açıqlandı
---

Meymunçiçəyinin yeni fəsadları açıqlandı

Afrika və Amerika həkimləri meymunçiçəyi virusuna yoluxmanın neyrofizioloji fəsadların inkişafına səbəb olduğuna dair sübutlar aşkar ediblər.
Alimlərin tapıntıları "JAMA Neurology" jurnalında dərc olunub.
"Afrika, ABŞ və Avropada xəstələr üzərində aparılan müşahidələr göstərir ki, meymunçiçəyi virusu xəstələrdə kifayət qədər tez-tez depressiya, nevropatik ağrılar yaradır. Bəzi hallarda ensefalit, qıcolma və meningitə bənzər simptomlar əmələ gətirir. Bu, beyindəki dəyişiklikləri izləmək zərurətindən xəbər verir", - tədqiqatda vurğulanıb.
ÜST statistikasına görə, sentyabrın əvvəlində yoluxma hallarının ümumi sayı 53 mini keçib. 18 nəfər xəstəlikdən dünyasını dəyişib./Oxu.az
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma