Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Mütəxəssis: "Uşaqların əzizlənərkən atılıb-tutulması təhlükəlidir"
---

Mütəxəssis: "Uşaqların əzizlənərkən atılıb-tutulması təhlükəlidir"

"Uşaqların əzizlənərkən atılıb-tutulması təhlükəlidir".
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Erkin Rəhimov Nazirliyin "Instagram" səhifəsində canlı yayımda deyib.
O bildirib ki, bu, xüsusilə də 1 yaşdan aşağı körpələr üçün risklidir:
"Çünki körpələrin başı ani hərəkətlərə tab gətirmir və beyin silkələnməsi ola bilər. Həmçinin körpəni atıb-tutan şəxsin ani fikir yayınması da ağır fəsadlarla nəticələnə bilər.
Odur ki, körpələri atıb-tutmaq oyun kimi görünsə də, təhlükəlidir.
Eyni zamanda onlara avtomobildə də diqqət etmək lazımdır.
Eləcə də bəlli bir yaşa qədər uşaqlar üçün xüsusi oturacaqlar alınmalıdır. Onlar oturacaqlara bir neçə yerdən kəmərlərlə bərkidilməlidir ki, ani manevr zamanı silkələnməsinlər. Xüsusilə baş nahiyəsindən kiçik bir təzyiq və ya travma ağır fəsadlara yol aça bilər".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma