Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » "Avroviziya 2023" bu şəhərdə keçiriləcək
---

"Avroviziya 2023" bu şəhərdə keçiriləcək

Ukrayna adından Böyük Britaniyada baş tutacaq 67-ci "Avroviziya 2023" beynəlxalq mahnı müsabiqəsinin hansı şəhərdə keçiriləcəyi bəlli olub.


Axşam.az-ın məlumatına görə, bu barədə müsabiqənin rəsmi saytı məlumat yerləşdirilib.


Yarışma gələn il Liverpul şəhərində baş tutacaq.


Bildirilib ki, Liverpul müsabiqənin keçirilməsi uğrunda yarışda ölkənin Qlazqo, Birmingem, Lids, Mançester, Nyukasl və Şeffild şəhərlərini geridə qoyub.


Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçirilən müsabiqənin qalibi Ukraynanın "Kaluş" qrupu olub. Onlar "Stefaniya" mahnısı ilə birinci yerə layiq görülüblər. İkinci yeri Böyük Britaniya, üçüncü yeri isə İspaniya tutub. Ukrayna 2023-cü ildə "Avroviziya"ya ev sahibliyi etməyə hazır olduğunu bildirsə də, AYB iştirakçıların təhlükəsizliyinin təmin edilməsində çətinliklər səbəbindən müsabiqənin bu ölkədə keçirilə bilməyəcəyini bildirib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma