Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Conni Deppin qələbəsi ilə barışa bilmir
---

Conni Deppin qələbəsi ilə barışa bilmir

Amerikalı aktrisa Ember Hörd məhkəmənin keçmiş həyat yoldaşı, Hollivud ulduzu Conni Depplə olan qərarını ləğv etməyi tələb edib.
Axşam.az xəbər verir ki, artıq aktrisanın vəkilləri məsələ ilə bağlı məhkəmədə vəsatət qaldırıblar.
İddianamədə Emberin reputasiyasına xələl gəldiyi əks olunub. Bundan başqa, aktrisa Conninin karyerasına xələl gətirən ittihamların olduğuna dair məhkəmədə kifayət qədər sübut təqdim etmədiyini bildirib.
Vəkillər həmçinin məhkəmə prosesində yer alan şəxslərdən bəzilərinin fiqur olduğunu iddia edib.
C.Deppin vəkili Ben Çu aktrisanın bu tələbinə reaksiya verib. "Bunu gözləyirdik. İndi bu proses daha da uzanacaq, lakin nəticənin dəyişməsi mümkün deyil" deyə, o, bildirib.
Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma