Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » 1980-ci ildə dayandırılmış peyvənd bərpa olunacaq - Gürcü həkim
---

1980-ci ildə dayandırılmış peyvənd bərpa olunacaq - Gürcü həkim

"Meymunçiçəyinin yoluxuculuğunu yüksək adlandırmaq olmaz. Buna görə təşvişə düşmək, pandemiya haqqında danışmaq tezdir".
MAY.AZ medicina.az-a istinadən bildirir ki, bunu Gürcüstanın tanınmış həkimi İrakli Dartsmeliya meymunçiçəyi təhlükəsi ilə bağlı Oxu.Az-a şərhində deyib.
Onun sözlərinə görə, əslində hazırda ciddi problem yoxdur.
"Virusa qarşı peyvənd bəşəriyyət tərəfindən ilk hazırlanan vaksindir. Olduqca sadədir, texnoloji cəhətdən istehsal etmək də asandır.
Çiçək xəstəliyinə qarşı peyvənd olunanların (hansı ki, əhalinin əhəmiyyətli hissəsini təşkil edir) risk zonasından kənarda qaldığına dair məlumatlar var. Buna "immunlaşdırılmış təbəqə" deyilir. 1980-ci ildə dayandırılmış peyvənd təcrübəsini isə yenidən bərpa etmək asandır", - deyə o bildirib.
Bəşəriyyətin meymunçiçəyinə qarşı deyil, əsl çiçək xəstəliyinə qarşı peyvənd edilməsinə gəlincə, mütəxəssis bildirib ki, prinsip eynidir və vaksin də eyni şəkildə hazırlanır, burada heç bir çətinlik yoxdur.
Ekspert xəstəliyin cinsi əlaqənin özəllikləri ilə bağlı olması, homoseksualların heteroseksuallardan daha çox meymunçiçəyinə yoluxması versiyasına da toxundu. O, bu fikirlə razılaşmadığını bildirdi.
"Bu versiyanın heç bir elmi və statistik əsası yoxdur. Axı, yoluxmuş şəxslə sadəcə təmasda olmaq kifayətdir... Cinsi həyatın xüsusiyyətinin buna nə aidiyyəti var? Baxmayaraq ki, sarı mətbuat bu mövzudan yapışa bilər", - deyə Dartsmeliya gülərək bildirib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma