Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Saç tökülməsinə qarşı EFFEKTLİ MASKA
---

Saç tökülməsinə qarşı EFFEKTLİ MASKA

Saçların tökülməsi bu gün kifayət qədər yayılmış problemdir. Sizə saç tökülməsinə qarşı çox effektli maska təqdim edirik.
Bu maska xüsusilə saçları ön hissədən seyrəkləşən, davamlı tökülən və qırılan saçlar üçün nəzərdə tutulub.
BiG.AZ Publika.az-a istinadən xəbər verir ki, bu vasitədən istifadə edən insanlarda saç tökülməsi dayanıb və əvəzinə sürətlə artım müşahidə edilib.
Bu üsul saçların artması ilə yanaşı, eyni zamanda, təbii parıltı və saçların həcmini də artırır.
Saçların növündən asılı olaraq vasitələr müxtəlifdir. Lakin bu resept bütün növ saçlara şamil olunur.
Reseptin tərkibi:
- yarım stəkan pivə
- yarım banan
- 1 xörək qaşığı bal
- 1 yumurtanın sarısı
İnqrediyentləri blender vasitəsilə yaxşı-yaxşı qarışdırıb saçınızın seyrək hissələrinə sürtün, 1 saat saxlayın, sonra saçınızı yaxşı yuyun, sirkə əlavə olunmuş suda yaxalayın. Bu maskadan həftədə 1 dəfə istifadə edin. Bir ay istifadədən sonra effekti görəcəksiniz.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma