Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Ət qiymətinə satılan alça — Meyvə-tərəvəz niyə bahadır?
---

Ət qiymətinə satılan alça — Meyvə-tərəvəz niyə bahadır?


Meyvə-tərəvəzin baha satılmasının əsas səbəbi məhsul istehsalında müşahidə olunan azalmadır". Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov açıqlamasında deyib.
Qeyd edək ki, bazar və marketlərdə bahalaşma davam edir. Yay aylarına doğru getdikcə insanların meyvə-tərəvəzə olan tələbatı artır. Lakin meyvələrin qiymətində müşahidə olunan artıma görə, insanlar onu almaqda çətinlik çəkirlər. Hazırda bazarda 1 kiloqram alçanın qiyməti təxminən 1 kiloqram ətin qiymətinə bərabərdir.
Ekspertin sözlərinə görə, məhsul istehsalında istifadə olunan istehsal vasitələrinin qiyməti də bahalaşıb:
"Bunun iki səbəbi var. Əgər təklif çox olardısa, qiymətlər bu qədər artmazdı. Ən başlıca səbəb bundan ibarətdir ki, təklif azalıb. Məhsul istehsalında ciddi azalma müşahidə edilir. Bu səbəbdən də qiymətlər yüksəkdir. İkinci səbəb isə məhsul istehsalında istifadə edilən istehsal vasitələrinin qiyməti bahalaşıb".
V.Məhərrəmov qeyd edib ki, istehlakçılar artan xərci məhsulun qiymətini artırmaqla kompensasiya edirlər:
"Digər tərəfdən, xidmət də bahalaşıb. Ümumilikdə bütün məhsulların qiymətində bahalaşma var. Meyvə-tərəz istehsalçıları yalnız istehsalçı deyillər. Həm də istehlakçıdırlar. Onların istehsal, istehlak, kommunal xərclər artıb. İstehlakçılar artan xərci məhsul qiymətini artırmaqla kompensasiya edirlər". /Yenisabah.az
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma