Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » » Hansı qan qrupunun insanlarında ürək zəifdir?
---

Hansı qan qrupunun insanlarında ürək zəifdir?

Ürək xəstəliyi riski insanın qan qrupu ilə bağlı ola bilər.
MAY.AZ xəbər verir ki, bu barədə Harvard İctimai Səhiyyə Məktəbinin alimləri danışıb. Alimlərin "Daily Express"də yayımlanan açıqlamasında bildirilib ki, genişmiqyaslı araşdırma zamanı ekspertlər 20 il ərzində izlənilən 89 550 könüllünün məlumatlarını araşdırıblar. Məlum olub ki, II, III, IV qan qruplarından olan insanların I qrupun daşıyıcıları ilə müqayisədə ürək-damar xəstəliklərinə tutulma riski daha yüksəkdir.
Bundan əlavə, IV qan qrupunun eksperiment iştirakçılarında ürək-damar xəstəliklərinin inkişaf riskinin də yüksək olduğu müəyyənləşdirilib.
Beləliklə, IV qrup olan insanların ürək xəstəliyinə tutulma ehtimalı 23% daha çoxdur. Eyni zamanda, III qrupun daşıyıcıları üçün bu göstərici yarıya qədər - 11%, II qrupun nümayəndələri üçün isə cəmi 5% təşkil edir. /publika.az/
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma