Bakı ⛅ +20°C cümə axşamı, 08 oktyabr 2026
USD 1.7000 +0.0000 EUR 1.9048 -0.0047 RUB 0.0199 -0.0001
Sosial

"Space" TV-yə yeni bədii rəhbər təyin olundu

"Space" TV-yə yeni bədii rəhbər təyin olundu

"Space" televiziyasına yeni bədii rəhbər təyin olunub.


TRENDX.AZ Olke.az-a istinadən xəbər verir ki, bununla bağlı telekanalın baş direktoru Ayaz Mustafayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nicat Qafuroğlu (Mustafayev) "Space"in bədii rəhbəri vəzifəsinə gətirilib.

42 yaşlı N.Qafuroğlu bu təyinata qədər ARB 24 televiziyasının baş prodüseri vəzifəsində çalışıb.

Qeyd edək ki, mayın əvvəlində "Space"də rəhbər dəyişikliyi olub. Televiziyanın baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb. Həmin posta Ayaz Mustafayev təyin olunub.

Sevimlilərə əlavə et