Bakı 🌧️ +17°C çərşənbə axşamı, 06 oktyabr 2026
USD 1.7000 +0.0000 EUR 1.9014 +0.0000 RUB 0.0202 +0.0000
Sosial

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi

Bakıda tikinti şirkətinin rəhbəri həbs edilib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, "Gold Məkan" MMC-nin direktoru Allahşükür Məmmədov əmlakı qəsdən məhv etməkdə və vəzifə səlahiyyətlərində sui-istifadədə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı qəsdən məhv etmək, zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.

Nərimanov Rayon Məhkəməsində hakim T.Musayevin sədrliyi ilə keçirilən prosesdə A.Məmmədov 2 il dövlət və özəl yerli idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq qadağan edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məlumata görə, onun rəhbərlik etdiyi şirkət Bakıda 100 kvadrat metr yaşayış yerini söküb, lakin zərərçəkənə heç bir ödəniş etməyib.

Sevimlilərə əlavə et