ADY: Bakı-Tbilisi-Bakı marşrutu üzrə 1 000-dən çox bilet satılıb
Sosial
Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.
Bu barədə BAKU.WS-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb.
Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.
Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik.
Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.
Əlaqəli keçidlər:
Həmçinin oxuyun:
Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
Şok statistika: Elektromobil bazarında geriləmə başladı - Ekspertlər səbəbləri açıqladılar
Azərbaycanın ilk peşəkar qadın opera müğənnisi Şövkət Məmmədovanın doğum günüdür
Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək
Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir
