Bakı 🌧️ +17°C çərşənbə axşamı, 06 oktyabr 2026
USD 1.7000 +0.0000 EUR 1.9014 +0.0000 RUB 0.0202 +0.0000
Siyasət

Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb

Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb


Türkiyənin Şanlıurfa şəhərində Azərbaycan Bulvarı istifadəyə verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfa Şəhər Xəstəxanasının açılış mərasimində deyib.

"Bu gün şəhər xəstəxanasına və birləşdirici yollara əlavə olaraq, 2,5 kilometr uzunluğundakı Azərbaycan Bulvarı müxtəlif səviyyəli yol qovşağını da açırıq", - o bildirib.

Ərdoğanın sözlərinə görə, bu, nəqliyyatın sıxlığını azaltmağa kömək edəcək:

"Qovşağın inşasında əməyi olan nazirliyimizi və podratçı firmalarımızı təbrik edirəm".

Sevimlilərə əlavə et