Bakı 🌧️ +17°C çərşənbə axşamı, 06 oktyabr 2026
USD 1.7000 +0.0000 EUR 1.9014 +0.0000 RUB 0.0202 +0.0000
İdman

"Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça"ya məğlub olub

"Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça"ya məğlub olub

"Turan Tovuz" yoldaşlıq oyununda Türkiyənin "Fənərbağça" komandası ilə qarşılaşıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç İstanbul kollektivinin 2:0 hesablı qələbəsi ilə bitib.

Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb.

Qeyd edək ki, qarşılaşmanı azərbaycanlı baş hakimi Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Sevimlilərə əlavə et