"Roşka"ya hökm oxundu

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadə barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Trendx.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunaraq Rövşən Süleymanzadə 3 il azadlıqdan məhrum edilib.
Kriminal
"Roşka" ləqəbli tiktoker yenidən HƏBS EDİLDİ
Xatırladaq ki, prokuror dövlət ittihamının müdafiəsi zamanı Rövşən Süleymanzadənin 5 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker 2025-ci ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılmış, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.