Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Texnologiya » "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı
Texnologiya

"OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı

ABŞ-nin bir neçə ştatının baş prokurorlarından ibarət koalisiya məşhur "ChatGPT" çat-botunu yaradan Amerikanın "OpenAI" şirkətinə qarşı təhqiqata başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri mənbələrinə istinadən məlumat yayıb.


Məlumata görə, iyunun 12-də şirkətə onun daxili siyasəti, reklam fəaliyyəti, istehlakçı məlumatlarının işlənməsi, dərin öyrənmə modelləri, həmçinin yetkinlik yaşına çatmayanlar və yaşlı insanlarla bağlı fəaliyyətlərinə dair sənədlərin təqdim edilməsi barədə genişhəcmli məhkəmə sorğusu göndərilib. "OpenAI" nümayəndəsi nəşrə açıqlamasında bildirib ki, şirkət ştatların baş prokurorlarının narahatlıqlarına ciddi yanaşır və konstruktiv əməkdaşlığa tam hazırdır.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma