Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » Ayaqda keyimə nə vaxt təhlükəli sayılır?
Sosial

Ayaqda keyimə nə vaxt təhlükəli sayılır?

Ayağın keyiməsi çox vaxt uzun müddət eyni vəziyyətdə oturmaqdan qaynaqlansa da, bəzi hallarda ciddi sağlamlıq probleminin əlaməti ola bilər.


TRENDX.AZ xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, narahat vəziyyətdə uzun müddət qalmaq sinirlərin müvəqqəti sıxılmasına səbəb olur. Mövqeyi dəyişdikdən və bir qədər hərəkət etdikdən sonra keyimə adətən qısa müddətdə aradan qalxır.

Lakin ayaqda keyimə tez-tez təkrarlanırsa, gəzərkən və ya gecə yuxu zamanı yaranırsa, sinir sıxılması, fəqərəarası disk yırtığı, qan dövranı və ya qalxanabənzər vəz problemləri kimi səbəblərlə əlaqəli ola bilər.

Mütəxəssislər bildirirlər ki, keyimə ilə yanaşı yanğı hissi, beldən ombaya və ya ayağa yayılan ağrı, əzələ zəifliyi və ayağın hərəkətində çətinlik yaranarsa, vaxt itirmədən nevroloqa müraciət etmək lazımdır.

Həkim müayinəsi zamanı simptomların səbəbi müəyyən edilir və zərurət olduqda əlavə müayinələr təyin olunur. Erkən diaqnoz və müalicə problemin ağırlaşmasının qarşısını almağa kömək edir.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma