Sayt qaydaları

TrendX.az Qızıl Qaydaları

1. Hörmət əsasdır

TrendX.az-da hər bir istifadəçiyə hörmətlə yanaşılmalıdır. Təhqir, alçaltma, nifrət nitqi və aqressiv davranış qadağandır.

2. Fake məlumat paylaşma

Yalan xəbər, saxta məlumat və insanları aldatmağa yönəlmiş paylaşımlar silinəcək.

3. Spam qadağandır

Eyni paylaşımı təkrar paylaşmaq, lazımsız reklam və flood etmək olmaz.

4. Faydalı kontent paylaş

TrendX.az sadəcə paylaşım yeri deyil — insanların məlumat aldığı və ünsiyyət qurduğu platformadır.

5. Qanunsuz məzmun olmaz

Qanunsuz məhsul, pirat material, dələduzluq və təhlükəli məzmun paylaşmaq qadağandır.

6. Şəxsi məlumatları paylaşma

Başqasının nömrəsini, ünvanını və şəxsi məlumatlarını icazəsiz paylaşmaq olmaz.

7. Forum mədəniyyətini qoruyun

Müzakirələrdə fikir ayrılığı normaldır, amma qarşı tərəfə hücum etmək olmaz.

8. Reklam etikası

Biznes profilləri və elanlar real və dürüst olmalıdır. Saxta elan yerləşdirən hesablar bloklana bilər.

9. Aktiv icma qur

TrendX.az istifadəçilərin birlikdə böyütdüyü platformadır. Aktiv ol, paylaş, cavab yaz, icmanı inkişaf etdir.

10. Trend ol, amma faydalı ol

Sadəcə diqqət çəkmək yox, insanlara dəyər vermək əsas məqsəddir.