Xəbərlər

İsti havalarda adi qalın telefon üzlüyü smartfonun dostundan düşməninə çevrilə bilər. O, cihazın istiliyi xaric etməsini ciddi şəkildə zəiflədir, əlavə qızmaya səbəb olur və batareyanın daha sürətlə köhnəlməsinə gətirib çıxarır.

Lent.az bu təhlükələri təqdim edir:


İstiliyi necə artırır?

"Üzlüyün özü birbaşa akkumulyatoru korlamır, lakin müntəzəm qızma batareyanın köhnəlməsini sürətləndirir və ümumilikdə cihaz üçün zərərlidir", - deyə Vişnevski xəbərdarlıq edib. Onun sözlərinə görə, problem xüsusilə telefon eyni anda bir neçə risk faktoruna məruz qalanda daha qabarıq görünür:

birbaşa günəş şüaları altında qalanda;
enerji yığarkən (şarj zamanı);
yüksək yüklə işləyəndə (video çəkilişi, oyunlar, isti havada naviqasiya və s.).

Belə hallarda qalın üzlük, xüsusilə silikon və ya sərt plastik modellər istiliyi saxlayan qoruyucu qat kimi davranır istiliyi içəridə saxlayır və onun normal yayılmasına mane olur.

Mütəxəssislər nə tövsiyə edir?

Yevgeni Vişnevski yay istisində daha nazik üzlükdən istifadə etməyi və ya bəzi hallarda ümumiyyətlə onu çıxarmağı tövsiyə edir. Telefon həddindən artıq isinərsə, cihazı üzlükdən çıxarmaq və günəşdən uzaq, kölgəli yerə və ya çantaya qoymaq məsləhətdir. Bundan əvvəl Aleksey Yurasov bir neçə cihazın (smartfon, noutbuk, ağıllı saat, qulaqlıq və s.) eyni vaxtda işləməsi zamanı elektromaqnit dalğalarının üst-üstə düşərək əlavə siqnallar yarada biləcəyini bildirmişdi. Lakin isti hava şəraitində əsas təhlükə yenə də cihazın həddindən artıq qızması hesab olunur. Qalın telefon üzlüyü isti havada smartfonun istiliyi yaymasını xeyli çətinləşdirir və cihazın daha çox isinməsinə səbəb olur. Bu isə zamanla batareyanın daha tez köhnəlməsinə gətirib çıxara bilər. Xüsusilə şarj zamanı, oyun oynayarkən və ya telefon günəş altında olduqda nazik üzlükdən istifadə etmək və ya onu çıxarmaq daha məqsədəuyğundur. Müntəzəm qızma müasir smartfonların "səssiz düşmənlərindən" biri sayılır.

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, beta-blokatorlar ürəyin funksiyası qorunub saxlanılan və yüngül miokard infarktı keçirmiş xəstələr üçün gözlənilən faydanı verməyə bilər. Araşdırmanın nəticələri "European Heart Journal"da (EHJ) dərc olunub.

Lent.az xarici mediaya istinadla bildirir ki, beta-blokatorlar artıq on illərdir infarktdan sonrakı müalicənin standart hissəsi hesab olunur. Bu preparatlar ürəyə düşən yükü azaldır, ürək əzələsinin oksigen tələbatını aşağı salır və ritm pozğunluqlarının qarşısını almağa kömək edir.

Lakin son illərdə müalicə yanaşmaları dəyişib. Hazırda tutulmuş damarlar tez bir zamanda açılır, xəstələrə isə statinlər, antiagreqantlar və digər effektiv preparatlar təyin olunur. Bu isə alimləri köhnə müalicə üsullarının roluna yenidən baxmağa vadar edib.

Tədqiqata İspaniya və İtaliyadakı 109 xəstəxanadan ümumilikdə 8505 pasiyent daxil edilib. Xəstəxanadan çıxdıqdan sonra bəzi iştirakçılar beta-blokator qəbul etməyə davam edib, digərlərinə isə bu preparatlar təyin olunmayıb. Bütün xəstələr eyni zamanda müasir standart müalicə alıblar. Orta müşahidə müddəti təxminən dörd il olub.

Araşdırma göstərib ki, ürəyin nasos funksiyası qorunub saxlanılan xəstələrdə beta-blokatorlar ölüm, təkrar infarkt və ya ürək çatışmazlığı səbəbindən hospitalizasiya riskini azaltmayıb.

Tədqiqat rəhbəri, Valentin Fuster bildirib: "Bu araşdırma beynəlxalq klinik tövsiyələri dəyişdirəcək". O, həmçinin "Mount Sinai Fuster Heart Hospital"ın prezidenti və İspaniyanın Milli Ürək-Damar Araşdırmaları Mərkəzinin baş direktoru vəzifəsini icra edir.

Müəlliflərin hesablamalarına görə, hazırda yüngül infarkt keçirmiş xəstələrin 80 faizindən çoxu beta-blokator təyinatı ilə evə buraxılır. Əgər gələcək araşdırmalar bu dərmanların faydasızlığını təsdiqləsə, bu, lazımsız təyinatların azalmasına və yorğunluq, bradikardiya (ürək ritminin həddən artıq yavaşıması), eləcə də seksual funksiyanın pozulması kimi yan təsirlərin riskinin aşağı düşməsinə səbəb ola bilər.

Əlavə təhlillər daha bir məqamı üzə çıxarıb: infarktdan sonra beta-blokator qəbul edən qadınlarda ölüm, təkrar infarkt və ya ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmə riski bu terapiyanı almayan qadınlarla müqayisədə daha yüksək olub. Bu təsir xüsusilə ürəyin funksiyası tam qorunmuş qadınlarda (ejeksiya fraksiyası ən azı 50 faiz olan pasiyentlərdə) daha aydın müşahidə edilib. Kişilərdə isə belə əlaqə aşkarlanmayıb.

Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, nəticələr xəstələrin dərmanları özbaşına dayandırmalı olduğu anlamına gəlmir. Beta-blokatorlar xüsusilə ürək funksiyası zəifləmiş və digər tibbi göstərişləri olan insanlar üçün hələ də mühüm müalicə vasitəsi sayılır.

Alimlərin fikrincə, gələcək klinik tövsiyələr infarktdan sonrakı müalicədə bütün xəstələrə eyni yanaşmadan imtina edib, daha fərdiləşdirilmiş terapiya modelinə keçə bilər.

İyun ayına olan hava proqnozu açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Bu ilin iyun ayında havanın orta aylıq temperaturunun və aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir.

İyun ayının ilk günlərində bəzi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı ayrı yerlərdə qısamüddətli intensivləşəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23°C, gündüzlər 27-32°C, bəzi günlərdə isə 35-38°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (9-12 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 23-26°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 24-29°C, bəzi günlərdə 34-39°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı 21-35 mm) proqnoz edilir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 18-22°C isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 13-18°C, gündüzlər 20-25°C, bəzi günlərdə 30-35°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (63-130 mm).

Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18°C, gündüzlər 20-25°C, bəzi günlərdə 28-33°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (38-86 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 22-25°C təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23°C, gündüzlər 27-32°C, bəzi günlərdə 35-38°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (46-58 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-24°C olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 23-28°C, bəzi günlərdə 34-39°C isti, dağlarda isə gecə 4-9°C, gündüz 13-18°C isti, bəzi günlərdə 20-25 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (18-179 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24°C, gündüzlər 28-33°C, bəzi günlərdə 35-40°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 12-49 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 21-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 27-32°C, bəzi günlərdə 34-38°C isti olacaq. Aylıq yağıntının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər artıq olacağı gözlənilir (norma 29-47 mm).

Səhər yeməyindən imtina etmək sağlamlıq üçün ciddi problemlər yarada bilər.

BAKU.WS xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, uzun müddət ac qalmaq öd kisəsində xolesterinin kristallaşmasına və daşların əmələ gəlməsinə səbəb ola bilər. Bundan əlavə, bu vərdiş sidik turşusunun səviyyəsinin yüksəlməsi riskini də artırır.

Bildirilir ki, insan səhər yeməyini davamlı şəkildə buraxdıqda öd normal şəkildə ifraz olunmur. Nəticədə öd kisəsində xolesterin toplanaraq zamanla daşların yaranmasına gətirib çıxarır. Qeyd olunur ki, öd daşlarının böyük hissəsi məhz xolesterin mənşəli olur.

Mütəxəssislər xüsusilə sərt pəhrizlər, uzunmüddətli aclıq və nadir qidalanmanın birlikdə daha təhlükəli olduğunu vurğulayırlar. Bu hallarda həm öd daşı riski, həm də kəskin ağrı tutmalarının yaranma ehtimalı artır.

Sağlam qidalanma üçün gün ərzində 3-4 dəfə yemək, qidalar arasında uzun fasilələr verməmək və oyandıqdan sonra ilk saat ərzində səhər yeməyi qəbul etmək tövsiyə olunur.

Mayın 17-də keçirilən imtahanların nəticələri elan edilib.

Bildirilib ki, həmin imtahanlar aşağıdakılardır:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2026/nettex/ öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2026/netorta/?frm=egov istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında 5724 nəfər iştirak edib. Tələb olunan qaydaları pozduğu üçün 2 nəfər imtahandan xaric edilib.

İmtahanda ən yüksək nəticəni 290,1 bal toplayan Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin cari il məzunu Əlizadə Gülay Elsəvər qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 1 iyun saat 10:00-dan 3 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı "sms" göndərilir.

Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

00:20

May ayında Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq.

Trendx.az xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə təsadüf edir.

28 May – Müstəqillik Günü Qurban bayramı ilə üst-üstə düşdüyündən mayın 29-u da istirahət günü olacaq. 

Eyni zamanda, 30 may şənbə, 31 may isə bazar gününə təsadüf edir.

Beləliklə, 27, 28, 29, 30 və 31 may tarixlərində ardıcıl iş olmayacaq.

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

BAKU.WS xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Məlumata görə, güləşçimiz Ülviyyə Musayeva finalda türkiyəli Yağmur Minaza tam üstünlüklə (11:0) qalib gələrək U15 Avropa çempionu olub.

Beləliklə, Ülviyyə U15 yaş qrupunda Avropa çempionu olan ilk qadın güləşçimiz kimi tarixə düşüb.

#Ülviyyə Musayeva #Azərbaycan Güləş Federasiyası (AGF)

2026-cı ilin ən uzun günü iyunun 21-i olacaq.


BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, həmin gün yay gün dönümü baş verəcək və Şimal yarımkürəsində ilin ən uzun gündüzü yaşanacaq.

Həmin gün gündüzün uzunluğu 17 saat 33 dəqiqə təşkil edəcək, gecə isə ilin ən qısa gecəsi olacaq.

Mütəxəssislər bildiriblər ki, iyunun 21-dən sonra gündüzlər tədricən qısalmağa başlayacaq. Gecə ilə gündüzün bərabərləşdiyi payız bərabərliyi isə sentyabrın 23-nə təsadüf edəcək.

Qeyd edək ki, ilin ən qısa günü dekabrın 21-də - qış gün dönümündə müşahidə olunacaq.

Azərbaycan ərazisinin bəzi yerlərində bu gün yağıntılı hava şəraiti davam edib.

Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntı intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Biləsuvarda 62, İsmayıllıda 28, Göyçay, Oğuzda 25, Xızıda 24, Sabirabadda 15, Xaltanda 14, Şabran 13, Zaqatalada 12, Balakən, Lerik, Quba, Gədəbəydə 11, Qobustan, Göygöldə 10, Şəkidə 9, Kürdəmir, Şamaxıda 8, Tərtər, Mingəçevir, Qusar, Qaxda 7, Ağdam, Şahbuz, Gəncə, Daşkəsəndə 5, Şahdağ, Qəbələ, Zərdab, Naftalanda 4, Lənkəran, Astara, Neftçala, Tovuzda 3, Yardımlı, Beyləqan, Ceyrançöldə 2, Xaçmaz, Ordubad, Culfa, Şəmkir, Bərdə, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilanda 1 mm-dək qeydə alınıb.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında müxtəlif imtahanlar keçirilib. Həmin gün Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində imtahan zamanı əlverişsiz hava şəraiti müşahidə olunub. Bu hal nəzərə alınaraq qeyd olunan şəhərlərdə imtahanda iştirak etmiş və ya imtahana gedə bilməmiş şəxslər üçün 21 iyun tarixində imtahanın təkrar keçirilməsi nəzərdə tutulur.

DİM-dən BAKU.WS-ə verilən xəbərə görə, təkrar imtahana ancaq qeyd olunan şəhərlərdə keçirilmiş imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər.

Bildirilib ki, bu il 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən və təkrar imtahanda iştirak etmək istəyən abituriyentlər 25-26 may tarixlərində Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

"17 may tarixində imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş abituriyentlər üçün bu imtahan ödənişsizdir. İmtahanda iştirak etmiş abituriyentlər isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Kollecə qəbul olmaq üçün sənəd təqdim etməyən, lakin mayın 17-də qeyd olunan şəhərlərdə buraxılış imtahanında iştirak etməli olan şagirdlər (apreldə keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari və əvvəlki illərin IX sinif şagirdləri, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər) 25-27 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edərək 21 iyunda keçiriləcək təkrar imtahanda iştirak edə bilərlər. 21 iyunda keçiriləcək imtahanda iştirak etmək istəməyən şagirdlər ənənəvi olaraq sentyabrda keçirilən imtahana da qatıla bilərlər", - məlumatda deyilir.

Yay aylarında müşahidə olunan isti hava şəraiti kondisionersiz mənzillərdə yaşayan insanlar üçün əlavə çətinlik yaradır.

TRENDX.AZ-in məlumatına görə, mütəxəssislər bildirirlər ki, bəzi sadə üsullarla evdə temperaturu müəyyən qədər aşağı salmaq və daha rahat mühit yaratmaq mümkündür.

Ekspertlərin sözlərinə görə, mənzilin həddindən artıq isinməsinin qarşısını almaq üçün ilk növbədə günəş şüalarının otağa daxil olması məhdudlaşdırılmalıdır. Bunun üçün pəncərələrdə istiliyi əks etdirən xüsusi örtüklərdən və ya qalın, işığı qaytaran pərdələrdən istifadə tövsiyə olunur.

Evdə istifadə olunan bəzi əşyalar da otağın temperaturuna təsir edir. Xüsusilə köhnə tip közərmə lampalarının daha çox istilik yaydığı qeyd edilir. Bu səbəbdən onların LED lampalarla əvəz olunması məsləhət görülür. Eyni zamanda qalın və ağır parçalar istiliyi saxladığı üçün yay mövsümündə pambıq və kətan kimi yüngül materiallardan istifadə daha faydalı hesab olunur.

Mütəxəssislər mənzilin səhər erkən və axşam saatlarında havalandırılmasını tövsiyə edir. Bu zaman pəncərə və qapıları açaraq hava axını yaratmaq otaqdakı istiliyin azalmasına kömək edir. Bildirilir ki, sərin hava aşağı hissədə toplandığı üçün isti günlərdə yatağın daha aşağı səviyyədə yerləşdirilməsi də rahatlıq yarada bilər.

Ventilyator istifadə edilərkən qarşısına nəm parça yerləşdirmək havanın daha sərin hiss olunmasına şərait yaradır. Bundan əlavə, iri yarpaqlı otaq bitkilərinin havanı nəmləndirərək təbii şəkildə sərinlik effekti yaratdığı vurğulanır.

Mütəxəssislər ucuz və zədələnmiş poverbankların ciddi təhlükə mənbəyinə çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

TRENDX.AZ-in məlumatına görə, keyfiyyətsiz enerji toplama cihazlarında yanğın və hətta partlayış riski daha yüksək olur.

Ekspertlərin sözlərinə görə, poverbankların daxilində mürəkkəb kimyəvi proseslər gedir. Batareyanın içərisində yerləşən hissələrin zədələnməsi qısaqapanmaya səbəb olur, nəticədə temperatur sürətlə artır, daxildəki maddələr qızaraq qaz əmələ gətirir və bu da cihazın alışmasına və ya partlamasına gətirib çıxara bilir.

Xüsusilə korpusu şişmiş poverbankların istifadəsinin çox təhlükəli olduğu vurğulanır. Mütəxəssislər qeyd edirlər ki, şişmə artıq cihaz daxilində geri dönməyən kimyəvi dəyişikliklərin başladığını göstərir. Belə qurğular istənilən anda alışa və ya partlaya bilər.

Bundan başqa, poverbankın yerə düşməsi, əzilməsi və ya güclü zərbə alması da risk yaradan əsas amillərdən sayılır. Tövsiyə olunur ki, zədələnmiş və ya həddindən artıq qızan cihazlardan dərhal imtina edilsin.

Ekspertlər istehlakçılara naməlum və çox ucuz markalardan uzaq durmağı, yalnız təhlükəsizlik sertifikatı olan məhsullara üstünlük verməyi məsləhət görürlər.

RSS
Son şərhlər