Xəbərlər

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə şəxsi görüş və danışıqlar müddətində atəşkəs təklifi ilə açıq məktub yazıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, məktubun tam mətni Prezidentin saytında dərc olunub.

Zelenski bildirib ki, Ukrayna "hamının hamıya" formulu ilə əsir mübadiləsinə, mülki şəxslərin və uşaqların qaytarılmasına, eləcə də ABŞ və Avropanın təhlükəsizlik qarantları qismində mümkün iştirakı ilə birbaşa ikitərəfli formata hazırdır. O, görüşün neytral ərazidə keçirilməsini təklif edib və bildirib ki, cəbhə xətti diplomatiyanın başlayacağı xətt olmalıdır.

"Samoqon"un (spirtli içki) istifadəsi tərkibində yüksək miqdarda zəhərli qarışıqlar və metanol olduğuna görə tam görmə itkisinə səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, bunu "riamo.ru" portalına açıqlamasında psixiatr-narkoloq Vasili Şurov bildirib.

Mütəxəssisin sözlərinə görə, ev şəraitində hazırlanan spirtli içkilərin istehsalı zamanı qaçılmaz olaraq sivuş yağları əmələ gəlir. Bu maddələr xüsusilə ən zəhərli və bulanıq fraksiyada daha çox toplanır.

Şurov qeyd edib ki, evdə aparılan distillə prosesi həmişə risk daşıyır, çünki istehsal şəraitinə və ayrılan fraksiyalara tam nəzarət etmək mümkün olmur:

"İstehsal texnologiyasının pozulması nəticəsində içkidə metanolun miqdarı arta bilər. Metanolun normadan artıq olması isə görmə sinirini zədələyir və geri dönməz korluğa səbəb olur".

Bir çox turist qeydiyyatdan keçmiş baqajın itməsi və ya zədələnməsi qorxusuna görə yalnız əl yükü ilə səyahət etməyə üstünlük verir. Lakin çamadanı baqaja vermək qaçılmaz olduqda belə, sərnişinlərin kompensasiya almaq hüququ var.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, beynəlxalq hüquqda mövcud olan Monreal Konvensiyası sərnişinləri baqajın zədələnməsi, itməsi və ya gecikdirilməsi hallarında qoruyur.

Bunun üçün isə müəyyən qaydalara əməl etmək vacibdir. Bildirilir ki, sərnişin çamadanı aviaşirkətə təhvil verdiyi andan etibarən, baqaj təyinat məntəqəsində sahibinə çatdırılana qədər onun təhlükəsizliyinə görə hüquqi məsuliyyət daşıyır.

Aviaşirkətlər adətən kiçik cızıqlar, sürtünmələr və xırda əziklərə görə ödəniş etmir. Lakin təkərlərin qırılması, qulpun sınması, çamadanın konstruksiyasının zədələnməsi və ya içəridəki əşyaların korlanması kompensasiya üçün əsas hesab olunur.

Ekspertlər zədələnmə barədə mümkün qədər tez məlumat verməyi tövsiyə edirlər. Ən yaxşı variant bunu hava limanında, baqajı alan kimi etməkdir. Əks halda aviaşirkət zədənin sonradan yarandığını iddia edə bilər.

Sərnişinlərə "Property Irregularity Report" (PIR) adlı zədələnmə aktını mütləq əldə etmək məsləhət görülür. Bu sənəd zədənin hava limanında qeydə alındığını sübut edir.

Həmçinin zədələnmiş çamadanın şəkil və videolarını dərhal çəkmək tövsiyə olunur. Mütəxəssislər hətta uçuşdan əvvəl sağlam vəziyyətdə olan çamadanın da fotosunun çəkilməsini vacib sayırlar. Kadrlarda baqaj lentinin nömrəsi, hava limanı tabloları və göstəricilər görünərsə, bu əlavə sübut kimi istifadə oluna bilər.

Qeyd olunur ki, zədələnmə ilə bağlı rəsmi müraciət üçün vaxt çox məhduddur. Adətən aviaşirkətin saytında uçuşdan sonra yeddi gün ərzində şikayət göndərilməlidir. Bu müddət ötürüldükdə kompensasiya hüququ demək olar ki, itirilir.

Aviaşirkətlər əsasən üç formada kompensasiya təklif edir: peşəkar təmir xidmətinin ödənilməsi, yeni çamadanla əvəzləmə və amortizasiya nəzərə alınmaqla pul ödənişi.

Məsələn, dörd il istifadə olunmuş 300 avroluq çamadanın hazırkı dəyəri təxminən 100 avro hesablanaraq həmin məbləğ ödənilə bilər.

Əgər çamadanın içindəki əşyalar zədələnibsə, sərnişin onların düzgün qablaşdırıldığını sübut edə bildiyi halda əlavə kompensasiya almaq hüququna malikdir.

"Əti rasiondan çıxarmaq mümkündür, lakin onu əvəz etmək üçün tək bir qida məhsulu kifayət etmir. Ət yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur və insan orqanizmi üçün vacib olan bütün əvəzolunmaz amin turşularını ehtiva edir. Ümumilikdə insan orqanizmi 20 növ amin turşusundan istifadə edir ki, onların 9-u əvəzolunmaz sayılır. Orqanizm bu amin turşularını özü sintez edə bilmədiyindən, onlar mütləq qidalar vasitəsilə qəbul edilməlidir".

Bunu BiG.AZ-a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib.

O, qeyd edib ki, heyvan mənşəli zülallar adətən bu amin turşularının hamısını kifayət qədər miqdarda təmin edir. Bitki mənşəli zülallarda isə bəzi amin turşuları çatışmaya bilər. Buna görə də ət istehlakını azaltmaq və ya tamamilə dayandırmaq istəyən şəxslər qida rasionunda müxtəlifliyə xüsusi diqqət yetirməlidirlər:

"Mütəxəssislər paxlalılarla taxıl məhsullarının birlikdə istifadəsini ən praktik yanaşmalardan biri hesab edirlər. Məsələn, mərci ilə düyü, noxudla bulqur və ya lobya ilə tam taxıllı məhsullar bir-birini tamamlayaraq daha balanslı zülal tərkibi yaradır. Ayrı-ayrılıqda çatışmayan amin turşuları birlikdə qəbul edildikdə bu boşluğu müəyyən qədər doldura bilir.

Bitki mənşəli qidalarla bağlı diqqət edilməli digər məqam dəmirin mənimsənilməsidir. Bitki mənşəli dəmir orqanizm tərəfindən heyvan mənşəli dəmirlə müqayisədə daha zəif sorulur. Buna görə də paxlalı yeməklərlə birlikdə C vitamini ilə zəngin məhsulların istifadəsi tövsiyə olunur. Limon, pomidor, bibər və müxtəlif göyərtilər dəmirin mənimsənilməsini artırmağa kömək edir.

Ət və digər heyvan mənşəli qidaları qəbul etməyən insanlarda ən çox rast gəlinən problemlərdən biri B12 vitamini çatışmazlığıdır. Bu vitamin bitki mənşəli qidalarda demək olar ki, mövcud deyil. Buna görə uzun müddət heyvan mənşəli məhsullardan uzaq duran şəxslərdə B12 çatışmazlığı riski artır.

Bununla yanaşı, dəmir və sink çatışmazlığı da yarana bilər. Yorğunluq, halsızlıq, saç tökülməsi və anemiya kimi əlamətlər bəzən yalnız stress və ya intensiv həyat tərzi ilə deyil, qida balansındakı pozuntularla da əlaqəli ola bilər.

Göbələk dad və tekstura baxımından əti xatırlatdığı üçün tez-tez alternativ kimi təqdim edilir. Lakin qida dəyəri baxımından göbələk əti tam əvəz edə bilmir. Onun zülal miqdarı ətlə müqayisədə xeyli aşağıdır. Bu səbəbdən göbələkdən daha çox yeməyin həcmini artırmaq, dad vermək və ya digər məhsullarla birlikdə istifadə etmək məqsədilə yararlanmaq daha məqsədəuyğundur.

Ətin bitki mənşəli alternativləri arasında mərci, noxud, lobya və xüsusilə soya daha çox ön plana çıxır. Paxlalılar zülalla yanaşı lif, maqnezium və digər faydalı maddələrlə zəngindir. Soya isə bitki mənşəli qidalar arasında nadir tam zülal mənbələrindən biri hesab olunur.

Bununla belə, əsas məsələ sadəcə əti rasiondan çıxarmaq deyil, balanslı qidalanma sistemini qorumaqdır. Xüsusilə hamilə qadınlarda, inkişaf dövründə olan uşaqlarda və yaşlı insanlarda ət zülalının rasiondan çıxarılması daha diqqətli yanaşma tələb edir. Belə hallarda qidalanma planı fərdi xüsusiyyətlər nəzərə alınaraq hazırlanmalı, zərurət yarandıqda laborator analizlər və həkim nəzarəti ilə müşayiət olunmalıdır".

Beş aparıcı neyroşəbəkə əsasında aparılan genişmiqyaslı araşdırma qlobal əmək bazarında ciddi dəyişikliklərin qaçılmaz olduğunu göstərib. Süni intellekt mövcud iqtisadi prosesləri təhlil edərək belə nəticəyə gəlib ki, texnologiyalar artıq yalnız köməkçi funksiyalarla kifayətlənmir və rutin işlərə əsaslanan sahələrdə insan əməyini mərhələli şəkildə əvəz etməyə başlayır. Ən böyük risk altında dövri alqoritmlər, məlumat bazalarının idarə olunması və standart mətn və vizual məhsulların hazırlanması ilə bağlı peşələr dayanır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırma çərçivəsində müxtəlif süni intellekt modellərinə eyni analitik sorğu təqdim olunub və nəticədə məşğulluq baxımından ən həssas sahələrin müəyyən edilməsində alqoritmlər arasında tam uyğunluq müşahidə edilib.

Risk zonasındakı peşələr

Müştəri və əməliyyat xidmətləri sahəsində çalışan əməkdaşların ilk növbədə avtomatlaşdırmanın təsiri ilə üzləşəcəyi bildirilir. Xüsusilə dəstək xidmətlərinin əməkdaşları, çağrı mərkəzi operatorları və müştəri xidmətləri üzrə mütəxəssislərin funksiyalarını səsli və mətn əsaslı çat-botların daha effektiv yerinə yetirə biləcəyi vurğulanır.

Məlumatların idarə olunması və emalı istiqamətində də risk yüksək qiymətləndirilir. Kontent-menecerlər, məlumat daxil edən əməkdaşlar, məlumatların əl ilə emalını həyata keçirən şəxslər, eləcə də yalnız ilkin sənədlərlə işləyən mühasiblər təhlükə altında olan peşələr sırasında göstərilir.

İT və analitika sahəsində başlanğıc səviyyəli vəzifələrin də ciddi transformasiya ilə üzləşəcəyi proqnozlaşdırılır. Neyroşəbəkələrin qiymətləndirməsinə əsasən, proqram təminatının test edilməsi ilə məşğul olan mühəndislər və analitiklər üçün vakansiyalarda azalma müşahidə oluna bilər. Bildirilir ki, proqram səhvlərinin aşkarlanması və böyük məlumatların emalı kimi vəzifələr getdikcə daha çox avtomatlaşdırılır.

Standart məzmun istehsalı sahəsində çalışanlar üçün də risklər qeyd olunur. Başlanğıc səviyyəli kopirayterlər, texniki sənədlərin tərcüməçiləri, kütləvi işə qəbul üzrə rekruterlər və baza səviyyəli qrafik dizaynerlərin işlərinin müəyyən hissəsinin süni intellekt tərəfindən əvəz edilə biləcəyi vurğulanır.

Ekspertlərin və süni intellekt modellərinin ümumi qənaətinə görə, peşələrin risk səviyyəsini müəyyən edən əsas amil iş proseslərinin nə dərəcədə standartlaşdırılmış və formal qaydalara əsaslanmasıdır.

İnsan amili üstünlük olaraq qalır

Araşdırmada qeyd edilir ki, süni intellektin təsirinə qarşı ən davamlı sahələr insan münasibətlərinə əsaslanan peşələr hesab olunur. Emosional intellekt, empatiya, fərdi ünsiyyət bacarığı və insanlar arasında etibarlı münasibətlər qurmaq qabiliyyəti tələb edən işlərin yaxın gələcəkdə daha dayanıqlı qalacağı bildirilir.

Bundan əlavə, qeyri-standart strateji düşüncə, yaradıcı yanaşma və yüksək qeyri-müəyyənlik şəraitində böhranlardan çıxış yolu tapmaq bacarığı da insan üstünlüyü kimi qiymətləndirilir. Mütəxəssislərin fikrincə, süni intellekt hazırda bu xüsusiyyətləri tam şəkildə təqlid etmək imkanına malik deyil.

Nüşabə Musayevanın sosial şəbəkədə paylaşdığı video geniş müzakirələrə səbəb olub.

Məclislərin birində çəkilən görüntülərində 43 yaşlı müğənni dərin sinə dekolteli sarı libasda rəqs edir.

O, paylaşımına "Heyyy qıcıq olanlar, bir az da baxın" sözlərini əlavə edib.

Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti geyim tərzi və rəqs hərəkətləri qınaqla qarşılayıb. Onlar Musayevanın paylaşımını bəyənməyib, davranışlarını sərt şəkildə tənqid edib, onun artıq nənə olduğunu xatırladıblar.

Müğənni ünvanına yazılan bəzi tənqidi rəylərə emossional reaksiya verərək istifadəçilərə qarşı küçə söyüşləri işlədib. / Yeni sabah.az

https://bax.tv/maqazin-xeberleri/nusabe-musayevadan-aciq-saciq-geyim-223254?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=maqazin-xeberleri

Keyfiyyətli gecə yuxusu sağlam həyatın əsas şərtlərindən biri hesab olunur. Buna baxmayaraq, milyonlarla insan hər gecə eyni saatda oyanmaqdan şikayətlənir.

BAKU.WS xəbər verir ki, axşam saatlarında edilən bəzi səhvlər fasiləsiz yuxuya ciddi maneə yaradır.

Xüsusilə isti havalarda rahat və dərin yuxuya getmək daha çətin olur. Gecə yarısı oyanıb saata baxmaq və yenidən yata bilməmək isə ertəsi gün həm enerjiyə, həm də əhval-ruhiyyəyə mənfi təsir edir.

Yuxu üzrə mütəxəssis Oliver Goble bildirib ki, gecə saat 3 radələrində oyanmaq təsadüfi deyil və buna səbəb olan 4 əsas səhv var:

  1. Yatmazdan əvvəl spirtli içki qəbul etmək

Bir çox insan gərgin gündən sonra rahatlamaq üçün spirtli içki qəbul edir. Alkoqol ilk baxışda yuxuya getməyi asanlaşdırsa da, əslində yuxunun keyfiyyətini aşağı salır. Mütəxəssislər bildirirlər ki, alkoqol insanı daha yüngül və qeyri-dərin yuxu mərhələsində saxlayır. Bundan əlavə, bədəndə susuzlaşmaya da səbəb olur.

  1. Günün ikinci yarısında kofein qəbul etmək

Kofein orqanizmdə düşünüldüyündən daha uzun müddət qalır. Təkcə axşam içilən çay və qəhvə deyil, günortadan sonra qəbul edilən enerji içkiləri və idman əlavələri də gecə yuxusuna təsir göstərə bilər. Həssas insanlara kofeini günün erkən saatlarında qəbul etmək tövsiyə olunur.

  1. Gec saatlarda yemək yemək

Axşam yeməyini gec yemək və ya gecə qəlyanaltıları həzm sistemini yuxu vaxtı işləməyə məcbur edir. Bu isə yuxunun keyfiyyətini zəiflədir. Həmçinin gec saatlarda yemək reflüks, köp və narahatlıq hissi yaradaraq insanın gecə oyanmasına səbəb ola bilər.

  1. Xroniki stress və kortizol hormonu

Mütəxəssisə görə, gecə tez-tez oyanmağın əsas səbəblərindən biri də stressdir. Uzunmüddətli stress zamanı orqanizm gecə də "hazır vəziyyətdə" qalır. Kortizol kimi stress hormonlarının yüksək olması dərin yuxuya keçidi çətinləşdirir və insanın səhərə yaxın oyanmasına gətirib çıxarır.

Azərbaycanda 2025-2026-cı tədris ilində 116 minə yaxın şagird XI sinfi bitirəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son Zəng" tədbiri iyunun 14-nə düşsə də, bu il sözügedən tarix qeyri-iş gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-də keçiriləcək.

"Azərbaycanın buğda idxalını artırması və yerli istehsalın ötən illə müqayisədə demək olar ki, eyni səviyyədə qalması çörəyin qiymətinə təsirsiz ötüşə bilməz. Bununla bağlı hələ ilin əvvəlində qeyd etmişdik ki, 2026-cı ildə un və çörək məhsullarının qiymətində müəyyən artım ehtimalı mövcuddur".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, bu proqnozun əsas səbəbləri arasında qlobal inflyasiya, enerji daşıyıcılarının bahalaşması və beynəlxalq bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərindəki dəyişikliklər yer alır. Xarici bazarlarda baş verən proseslər Azərbaycan bazarına da təsir göstərir və nəticədə istehsalçıların xərcləri artır:

"İlin ilk aylarında bəzi çörək növlərinin qiymətində artıq müəyyən artımlar müşahidə olundu. Bu da onu göstərir ki, bazarda qiymət təzyiqləri hələ də qalmaqdadır. Bununla belə, çörək sosial əhəmiyyətli məhsul olduğundan dövlət bu sahəyə xüsusi diqqət ayırır. Məhz buna görə də müxtəlif dəstək mexanizmləri hesabına qiymətlərin kəskin şəkildə yüksəlməsinin qarşısını almağa çalışılır.

Hazırda qiymətlərin formalaşmasına təsir edən əsas amillərdən biri idxaldan asılılığın artmasıdır. Yerli istehsalın ciddi şəkildə genişlənməməsi fonunda idxalın həcminin yüksəlməsi Azərbaycanın xarici bazarlardakı qiymət dəyişikliklərinə daha həssas olmasına səbəb olur.

Ölkəmizin əsas buğda tədarükçüləri Rusiya və Qazaxıstandır. Bu ölkələrdə baş verən qiymət artımları, məhsuldarlıq dəyişiklikləri və logistika xərcləri birbaşa olaraq Azərbaycanın ərzaq bazarına təsir edir. Eyni zamanda nəqliyyat, yanacaq, elektrik enerjisi və digər istehsal xərclərinin yüksəlməsi də çörəyin maya dəyərini artıran amillər sırasındadır".

AQC sədri əlavə edib ki, bütün bu faktorlar nəzərə alındıqda gələcək dövrdə çörəyin qiymətində müəyyən artım ehtimalı qalır:

"Ancaq bahalaşmanın kəskin olacağı gözlənilmir. Çünki hökumət həm ərzaq təhlükəsizliyi, həm də əhalinin sosial rifahı baxımından bu məhsulun qiymət sabitliyinin qorunmasına çalışır.

Digər tərəfdən, ölkədə əhalinin sayının və istehlakın artması da bazarda əlavə tələbat yaradır. Çörəyə olan tələbin yüksəlməsi uzunmüddətli perspektivdə qiymətlərin formalaşmasına təsir edən amillərdən biri kimi çıxış edir.

Ümumilikdə, mövcud iqtisadi şərait qiymət artımı riskini tam aradan qaldırmasa da, dövlətin həyata keçirdiyi tənzimləyici tədbirlər və dəstək proqramları sayəsində yaxın dövrdə ciddi bahalaşma gözləntiləri yüksək deyil. Bununla belə, bazarda mərhələli və məhdud qiymət artımlarının baş verməsi mümkündür".

Mütəxəssislər hesab edirlər ki, müntəzəm qaçış təkcə fiziki formanı yaxşılaşdırmır, həm də beyin fəaliyyətinə, emosional vəziyyətə və yaşlanma prosesinə müsbət təsir göstərir.

BAKU.WS xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru Valeri Litvinovun sözlərinə görə, yüngül tempdə qaçış insanın yaradıcı düşünmə qabiliyyətini artırır.

Bu növ fiziki aktivlik beynin yeni ideyalar yaratmaq və qeyri-standart həll yolları tapmaq bacarığını gücləndirir. Alimin fikrincə, müntəzəm məşqlər yaddaş və öyrənmə proseslərinə cavabdeh olan hipokamp bölgəsinin inkişafına da kömək edə bilər.

Ekspert qeyd edib ki, qaçış zamanı ritmik hərəkətlər və nəfəsalma prosesi sinir sisteminə müsbət təsir göstərir. Bu isə stressdən sonra orqanizmin daha tez bərpa olunmasına, yuxu keyfiyyətinin yüksəlməsinə və emosional gərginliyin azalmasına şərait yaradır.

Mütəxəssislər qaçışın beynin təmizlənmə mexanizmlərini də aktivləşdirdiyini bildirirlər. Onların sözlərinə görə, müntəzəm aerobik fəaliyyət beyin hüceyrələrində yığılan və bəzi neyrodegenerativ xəstəliklərlə əlaqələndirilən zərərli maddələrin daha sürətli xaric olunmasına kömək edir. Bu isə gələcəkdə yaddaş problemlərinin və bəzi nevroloji xəstəliklərin riskini azalda bilər.

Qaçışın qan dövranına da müsbət təsiri var. Fiziki aktivlik qanın axıcılığını yaxşılaşdırır, damarların fəaliyyətini dəstəkləyir və tromb əmələgəlmə riskini azaltmağa kömək edir. Bununla belə, həkimlər ciddi xəstəliklər zamanı idmanın dərman müalicəsini əvəz etmədiyini vurğulayırlar.

Digər tibb mütəxəssisi Sergey Solodnikov isə bildirib ki, müntəzəm aerobik məşqlər yaşla əlaqədar eşitmə zəifləməsinin qarşısını müəyyən qədər ala bilər. Bunun səbəbi daxili qulağın qanla təchizatının yaxşılaşması və sinir sisteminin fəaliyyətini dəstəkləyən zülalların səviyyəsinin artmasıdır.

Araşdırmalarda həmçinin göstərilir ki, orta intensivlikli fiziki yüklənmələr beyində yeni sinir əlaqələrinin formalaşmasını sürətləndirir və beyin hüceyrələrinin inkişafına kömək edən BDNF adlı zülalın istehsalını artırır.

Mütəxəssislər sağlamlıq üçün gülüşün də vacibliyini qeyd edirlər. Psixiatrların fikrincə, səmimi gülüş stress hormonlarının səviyyəsini aşağı salır, xoşbəxtlik hissi yaradan endorfin və dopamin hormonlarının ifrazını artırır. Bundan əlavə, gülüş damarların elastikliyini yaxşılaşdırır və immun sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər.

Eyni zamanda dietoloqlar omeqa-3 əlavələrinin nəzarətsiz qəbulundan çəkinməyi tövsiyə edirlər. Onların sözlərinə görə, keyfiyyətsiz və ya həddindən artıq istifadə olunan əlavələr xüsusilə yaşlı insanlarda damar və beyin sağlamlığı üçün arzuolunmaz nəticələr yarada bilər. Mütəxəssislər omeqa-3-ün ilk növbədə qida məhsullarından qəbul edilməsini daha təhlükəsiz hesab edirlər.

Həkimlər vurğulayırlar ki, sağlam qocalmanın əsas şərtləri arasında müntəzəm fiziki aktivlik, balanslı qidalanma, keyfiyyətli yuxu və stressin idarə olunması xüsusi yer tutur.

🇹🇷Türkiyədə 81 bölgədə ortalama kirayə qiymətləri:

🟢Ən Ucuz Kirayə Təklif Edən İlk 10 Əyalət
Kilis – ₺10.022 (~511 AZN)
Aksaray – ₺10.268 (~524 AZN)
Kars – ₺12.450 (~635 AZN)
Şırnak – ₺12.480 (~636 AZN)
Muş – ₺12.530 (~639 AZN)
Yozgat – ₺12.714 tap (~648 AZN)
Sivas – ₺12.714 (~648 AZN)
Bayburt – ₺12.767 (~651 AZN)
Burdur – ₺12.855 (~656 AZN)
Kütahya – ₺13.551 (~691 AZN)

🟢Orta Qiymət Seqmentində Olan Əyalətlər (₺13.500 - ₺20.000)
Bitlis – ₺13.572 (~692 AZN) |
Niğde – ₺13.845 (~706 AZN) |
Bingöl – ₺13.912 (~710 AZN)
Iğdır – ₺14.120 (~720 AZN) |
Karaman – ₺14.346 (~732 AZN) |
Siirt – ₺14.532 (~741 AZN)
Ardahan – ₺14.654 (~747 AZN) |
Gümüşhane – ₺14.876 (~759 AZN) |
Kırşehir – ₺14.982 (~764 AZN)
Nevşehir – ₺15.234 (~777 AZN) |
Afyonkarahisar – ₺15.432 (~787 AZN) |
Kayseri – ₺15.501 (~791 AZN)
Mardin – ₺15.787 (~805 AZN) |
Ağrı – ₺15.892 (~810 AZN) |
Batman – ₺15.941 (~813 AZN)
Osmaniye – ₺16.124 (~822 AZN) |
Erzincan – ₺16.152 (~824 AZN) |
Hakkari – ₺16.205 (~826 AZN)
Tokat – ₺16.345 (~834 AZN) |
Adıyaman – ₺16.543 (~844 AZN) |
Bilecik – ₺16.789 (~856 AZN)
Karabük – ₺16.854 (~860 AZN) |
Van – ₺16.905 (~862 AZN) |
Uşak – ₺17.042 (~869 AZN)
Çankırı – ₺17.124 (~873 AZN) |
Kırıkkale – ₺17.215 (~878 AZN) |
Eskişehir – ₺17.420 (~888 AZN)
Samsun – ₺17.528 (~894 AZN) |
Bolu – ₺17.654 (~900 AZN) |
Denizli – ₺17.842 (~910 AZN)
Isparta – ₺17.912 (~914 AZN) |
Kahramanmaraş – ₺18.101 (~923 AZN) |
Elazığ – ₺18.234 (~930 AZN)
Erzurum – ₺18.305 (~934 AZN) |
Çorum – ₺18.392 (~938 AZN) |
Trabzon – ₺18.476 (~942 AZN)
Sinop – ₺18.543 (~946 AZN) |
Malatya – ₺18.669 (~952 AZN) |
Kastamonu – ₺18.724 (~955 AZN)
Giresun – ₺18.808 (~959 AZN) |
Şanlıurfa – ₺18.916 (~965 AZN) |
Amasya – ₺19.012 (~970 AZN)
Diyarbakır – ₺19.230 (~981 AZN) |
Bartın – ₺19.234 (~981 AZN) |
Manisa – ₺19.456 (~992 AZN)
Gaziantep – ₺19.816 (~1.011 AZN) |
Düzce – ₺19.912 (~1.016 AZN)

🟢Yüksək Qiymət Seqmentində Olan Əyalətlər (₺20.000 - ₺25.000)
Zonguldak – ₺20.124 (~1.026 AZN)
Ordu – ₺20.345 (~1.038 AZN)
Balıkesir – ₺20.596 (~1.050 AZN)
Bursa – ₺20.615 (~1.051 AZN)
Hatay – ₺21.320 (~1.087 AZN)
Adana – ₺21.320 (~1.087 AZN)
Mersin – ₺21.320 (~1.087 AZN)
Konya – ₺21.524 (~1.098 AZN)
Tekirdağ – ₺21.765 (~1.110 AZN)
Edirne – ₺21.982 (~1.121 AZN)
Aydın – ₺22.144 (~1.129 AZN)
Yalova – ₺22.345 (~1.140 AZN)
Kırklareli – ₺22.712 (~1.158 AZN)
Sakarya – ₺22.912 tap (~1.169 AZN)
Artvin – ₺23.400 (~1.193 AZN)
Kocaeli – ₺23.485 (~1.198 AZN)
Rize – ₺23.654 (~1.206 AZN)
Çanakkale – ₺23.864 (~1.217 AZN)
Antalya – ₺24.346 (~1.242 AZN)

Soyuq əl və ayaqların səbəbləri açıqlanıb.

BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Svetlana Burnatskaya açıqlama verib.

Onun sözlərinə görə, daimi soyuq əllər və ayaqlar anemiya, hipotireoz, diabet, periferik arterial xəstəlik və bəzi autoimmun proseslərlə əlaqəli ola bilər.

Belə ki, bəzən bu hal sadəcə orqanizmin xüsusiyyəti olsa da, bəzi hallarda ciddi xəstəliklərin siqnalı sayılır.

"Həyəcan siqnalı sayılan əlamətlərə barmaqlarda solğunluq və ya göyərmə, soyuqda ağarma və "mərmər" görüntüsü, yeriyərkən ağrı, şişkinlik, keyimə, iynəbatma hissi, həmçinin barmaq və ayaqlarda yaraların yaranması daxildir. Bu hallar xüsusilə Reyno fenomeni üçün xarakterikdir", - deyə həkim bildirib.

Mütəxəssis qeyd edib ki, həyat tərzi də əl-ayaqların temperaturuna ciddi təsir göstərir. Siqaret çəkmək damarları daraldaraq qan dövranını zəiflədir və periferik arterial xəstəlik riskini artırır. Fiziki aktivliyin az olması, artıq çəki, uzun müddət oturaq vəziyyətdə qalmaq, xroniki stress və narahatlıq da əllər və ayaqlarda soyuqluq hissini gücləndirə bilər.

Burnatskaya bildirib ki, qadınlarda bu problem daha çox müşahidə olunur. Bu, estrogen hormonunun damar tonusuna təsiri, əzələ kütləsinin kişilərlə müqayisədə daha az olması və qan dövranının xüsusiyyətləri ilə əlaqələndirilir. Həmçinin menstrual dövr, hamiləlik və menopauza dövrü də bədən temperaturunun tənzimlənməsinə təsir edir.

Həkim vurğulayıb ki, əl və ayaqlar isti mühitdə belə soyuq qalırsa, dəri solğun və ya göyümtül rəng alırsa, yeriyərkən ağrılar, gecə qıcolmaları, yaraların gec sağalması, ümumi halsızlıq, təngnəfəslik, saç tökülməsi, çəki dəyişiklikləri və ürəkdöyünmə müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir.

RSS
Son şərhlər