Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Günün yorğunluğunu ayaqlarınızdan bu üsullarla atın
Maraqlı / Lifestyle

Günün yorğunluğunu ayaqlarınızdan bu üsullarla atın

Gün ərzində ayaqqabının içində, ayaqüstə qalmaq, hündürdaban üzərində gəzmək ayaqları yorduğu üçün onların da baxıma və dincəlməyə haqqı var. Əks halda günün sonunda ayaq əzələlərində şiddətli ağrılar və sancmalar ola bilər

Axşam.az ayaqlarda yaranan ağrıları azaltmağa yardım edən bir neçə üsulu təqdim edir.

Torpağın üstündə gəzin

Qaya parçaları, yarpaqlar, otlar və ya sadəcə torpaq üzərində çılpaq ayaqla gəzmək həm mənəvi, həm də fiziki cəhətdən özünüzü daha rahat hiss etməyinizə səbəb olacaqdır.

Tennis topu ilə masaj edin

Tennis topunu ayağınızın altında irəli və geri hərəkət etdirərək masaj edə bilərsiniz. Bu qan dövranını sürətləndirərək, ayaqda yaranan damar tutulmalarını azaldacaqdır.

Buz qoymaq

Dabanlarınız ağrıyır və ya şişmiş görünürsə, bu, hər hansı zədədən iltihabın əmələ gəlməsinə işarə edə bilər. Bunun qarşını almaq üçün dəsmala buz qoyub 15 dəqiqə ağrıyan bölgədə saxlayın. Ağrının azaldığını hiss edəcəksiniz. Əks təqdirdə həkimə müraciət etməyiniz tövsiyə olunur.

Banan maskası

Bananı yaxşıca əzin. Ayaqlarınıza çəkməzdən öncə onları isti suda saxlayın. Maska ilə 4 dəqiqə ayaqlarınızı dairəvi hərkətlərlə masaj edin. Bu, ayaqlardakı yorğunluğu və ağrıları aradan qaldıracaqdır.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma