Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Əhval-ruhiyyəni yaxşılaşdıran qidalar açıqlandı
Maraqlı / Lifestyle

Əhval-ruhiyyəni yaxşılaşdıran qidalar açıqlandı

Serotonin, dopamin və endorfin kimi ləzzət hormonlarının çatışmazlığı qüssəyə və vəziyyətin pisləşməsinə səbəb ola bilər.

Bu barədə rusiyalı dietoloq Yelena Solomatina xəbərdarlıq edib.
Onun sözlərinə görə, əhvalı təkcə aşiq olmaq, alış-veriş, gəzinti və ya idman yüksəltmir, həmçinin məhsullar vasitəsilə kefi açmaq olar.

"Birincisi, bədəndə antidepresan kimi fəaliyyət göstərən D vitamini çatışmazlığına aradan qaldırmalıyıq. Bu, demək olar ki, hər kəsdə olur. Belə olan halda pəhrizə yağlı balıq və ya treska qaraciyəri əlavə etmək yaxşıdır", - deyə diyetoloq bildirib.

Solomatina həmçinin tərkibində maqnezium olan qidalara, o cümlədən tumlar, qoz-fındıq, yaşıl yarpaqlı tərəvəzlərə ehtiyac olduğunu bildirdi.

"Bəzi "B" vitaminlər qrupunun məhsullarını da unutmayaq: bunlar tam taxıllardır. Rasiona həftədə bir dəfə qaraciyər əlavə etmək də yaxşıdır. Bu komponentlər mövcud deyilsə, qüssə, darıxmaq hissi gələ bilər", - deyə dietoloq qeyd edib.

Solomatina əhval-ruhiyyəni yaxşılaşdıra bilən məhsullar arasında yulaf əzməsi, pomidor, göbələk və hinduşka ətini də qeyd edib.(oxu.az)

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma