Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Harada saxlayaq? Soyuducuda yoxsa…
Maraqlı / Lifestyle

Harada saxlayaq? Soyuducuda yoxsa…

Yumurta insan istehlakı üçün ən uyğun qidalardan biridir. "Advances in Food and Nutrition Research" jurnalında dərc olunan məqaləyə görə yumurta ən yaxşı pəhriz zülalıdır və əsas vitamin və minerallarla zəngindir.

BiG.AZ aztibb.az-a istinadən mütəxəssislərin tövsiyəsinə əsaslanaraq, yumurtanı düzgün saxlamağı bilməsi üçün oxucularını məlumatlandırır.

Mətbəx istidirsə yumurtanı soyuducuda saxlamaq daha yaxşıdır. Bundan əlavə, yumurtanın ağına günlər keçdikcə az miqdarda hava daxil olur və sıxlığını azaldır. Bu da yumurtanı keyfiyyətdən salır.

Yumurtaları karton qutularında və soyuducunun içərisindəki rəfdə saxlamaq yaxşıdır. Bir çox insan onları yumurta qablarına qoyur. Amma bu yaxşı fikir deyil, çünki soyuducuda temperaturun ən çox dəyişdiyi yer qapaq hissəsidir.

Yumurtaları karton qutuda saxlamaq onları temperaturun dəyişməsindən, qoxudan və digər qidalarla təmasdan qoruyur. Həmçinin, karton qutuda adətən yumurta qabığına əlavə olunmayan son istifadə tarixi var. Bu vacibdir, çünki onları hansı tarixdə yeməli olduğunuzu sizə xəbər verir.

Buna görə də yumurtaları sabit temperaturda saxlamaq yaxşıdır.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma