Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Britaniya alimləri sadə arıqlama üsulu tapdılar - "90 dəqiqə"
Maraqlı / Lifestyle

Britaniya alimləri sadə arıqlama üsulu tapdılar - "90 dəqiqə"

Britaniyalı alimlər "90 dəqiqə" adlı sadə və effektli bir arıqlama üsulu hazırlayıblar.

Qeyd edilir ki, artıq çəkili insanlar bu qaydalara riayət edərək yeməkdə xüsusi məhdudiyyətlər və yorucu fiziki fəaliyyət olmadan arıqlaya bilərlər.

Belə ki, artıq çəkidən azad olmaq istəyənlərin həmişəkindən 90 dəqiqə gec səhər yeməyi, 90 dəqiqə tez axşam yeməyi yemələri tövsiyə olunur.

Tədqiqatçıların fikrincə, bu qayda hər kəsə çox səy göstərmədən arıqlamağa kömək edəcək.

10 həftə ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, göstərilən qaydada yemək yeyənlər normal rejiminə əməl edənlərə nisbətən iki dəfə sürətli arıqlayıblar.

Eyni zamanda iştirakçılar yemək seçimində və miqdarında tamamilə sərbəst olublar.(oxu.az)

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma