Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Dondurulmuş çörək təzəsindən daha faydalıdır
Maraqlı / Lifestyle

Dondurulmuş çörək təzəsindən daha faydalıdır

Dondurulmuş çörək təkcə uzun müddət təzə qalmasına və qida israfının azalmasına kömək etmir, həm də sağlamlıq üçün daha faydalı ola bilər.

Lent.az xəbər verir ki, çörəyin dondurulması qida maddələrini məhv etmir. Əksinə, çörək əridildikdən sonra, məsələn, tosterdə qızdırıldıqda nişastanın quruluşu dəyişir və "rezistent nişasta" adlanan maddə əmələ gəlir. Bu isə məhsulun qlisemik indeksini aşağı salır. Nəticədə çörək yeyildikdən sonra qanda şəkərin səviyyəsi daha yavaş yüksəlir. Bundan əlavə, rezistent nişasta bağırsaqlardakı faydalı bakteriyalar üçün qida rolunu oynayaraq mikrofloranın sağlamlığını dəstəkləyir. Bu səbəbdən düzgün saxlanılan və sonradan qızdırılan dondurulmuş çörək bəzi hallarda təzə çörəkdən daha faydalı seçim ola bilər.


Həkimlər keyfiyyətin qorunması üçün yalnız təzə və tam soyumuş çörəyin dondurulmasını tövsiyə edir. Çörəyi əvvəlcədən dilimləyərək porsiyalara bölmək daha məqsədəuyğundur. Saxlama zamanı isə onun qurumaması və kənar qoxuları çəkməməsi üçün hava keçirməyən paket və ya qablardan istifadə edilməlidir. Eyni zamanda, mütəxəssis bir dəfə əridilmiş çörəyin yenidən dondurulmamasını tövsiyə edir. Çünki bu, mikroorqanizmlərin çoxalma riskini artıraraq qida zəhərlənməsinə səbəb ola bilər.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma