Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Meyvə və tərəvəzləri daha uzun müddət təzə saxlamağın yolu
Maraqlı / Lifestyle

Meyvə və tərəvəzləri daha uzun müddət təzə saxlamağın yolu

Meyvə və tərəvəzlərin düzgün saxlanmaması onların tez xarab olmasına və qida israfına səbəb olur. Mütəxəssislər isə məhsulların ömrünü uzatmaq üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər.

Bütün meyvə və tərəvəzləri soyuducuya qoymaq düzgün deyil.


Məsələn, pomidor otaq temperaturunda, işıqdan uzaq yerdə saxlanılmalıdır. Kartof, soğan, sarımsaq və balqabaq da quru, qaranlıq və havalanan yerdə daha yaxşı qalır.
Əvəzində kahı, ispanaq, brokoli, balqabaq və giləmeyvələr soyuducunun tərəvəz bölməsində saxlanmalıdır.

Bundan əlavə, alma, armud, banan və avokado kimi meyvələr etilen qazı ifraz etdiyi üçün digər meyvə və tərəvəzlərin yanında saxlanılmamalıdır. Bu qaz yaxınlıqdakı məhsulların daha tez yetişməsinə və xarab olmasına səbəb olur./Medicina.az

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma