Ötən gecə Masallıda meşə yanğını baş verib.
BAKU.WS-in məlumatına görə, hadisə Masallı Sənaye Məhəlləsinin yaxınlığında qeydə alınıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.