Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » İdman » Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
İdman

Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək

İyulun 28-də Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı təşkil olunacaq.


TRENDX.AZ xəbər verir ki, bu barədə report-a federasiyadan bildirilib.

Qeyd edilib ki, yarış Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında baş tutacaq.

Çempionatda paytaxt Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik qayıqlarda, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə yarışacaqlar. Bundan başqa, iştirakçılar ilk dəfə olaraq qarışıq növdə də (mix) mübarizə aparacaqlar.

Qaliblər diplom və medallarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, açıq Bakı çempionatının keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onların arasında rəqabətin gücləndirilməsidir.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma