Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət
Yağışa görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib.
Bu barədə TRENDX.AZ-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
"Eyni zamanda, bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda vurğulanıb.
Əlaqəli keçidlər:
Həmçinin oxuyun:
Bakının bir sıra yollarında sürət həddi endirilib
Yol polisindən sürücülərə MÜRACİƏT
Rezidenturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ - DİM-dən vacib açıqlama
Aktau qəzası: Prinsipial mövqe və siyasi dialoq nəticə verdi - Rusiya kompensasiya ödəyəcək
Köp hansı ciddi mədə-bağırsaq xəstəliklərinin xəbərçisi ola bilər?
Bakıda ölən və yaralananların olduğu ağır qəzanın ANBAAN VİDEOSU
